Əsas Səhifə > Hadisə > ELDAR ƏZİZOV ZAMAN İSGƏNDƏROVU «SINDIRDI»

ELDAR ƏZİZOV ZAMAN İSGƏNDƏROVU «SINDIRDI»


14-09-2011, 14:25
ELDAR ƏZİZOV ZAMAN İSGƏNDƏROVU «SINDIRDI»

İCRA BAŞÇISI SUMQAYITIN YERLİ KLANRINA QAN UDDURUR

Hələ zamanında mərhum prezident Heydər Əliyev Sumqayıtda olarkən bu şəhərin bir neçə klan tərəfindən idarə olunduğunu rayon rəhbərliyi ilə birgə keçirdiyi müşavirədə qeyd etmişdi. O zamanlar həmin klanlarla bağlı dövrü mətbuatda çox səs-küylü məlumatlar açıqlandı. Və məlum oldu ki, Sumqayıt həqiqətən də 4 mafioz qruplaşma tərəfindən idarə olunur.

İndinin özündə də sözügedən qruplaşmalar bu gənc şəhərdə əməlli-başlı at oynadırlar. Amma vəziyyət son günlər kifayət qədər dəyişib. Bu dəyişikliyin səbəbkarı isə yeni başçı Eldar Əzizovdur.

Tam mahiyyəti ilə bir klan rəhbəri kimi davranan Eldar Əzizov Gəncədə olduğu kimi Sumqayıtda da yerli klanlara qarşı savaş edib. Onların sırasında isə məşhur «Univermaq Zaman» - Zaman İsgəndərov da var. Bu adamın kimliyi ilə isə hər kəsə məlumdur. Hər halda, onunla bağlı mətbuatda çox ciddi informasiyalar yer alıb.

Sumqayıtdakı mötəbər mənbələrdən aldığımız informasiyaya görə, Eldar Əzizov icra başçısı postuna yiyələnəndən sonra Zaman İsgəndərovu da küncə sıxışdırmaqdadır: «Doğrudur, onun obyektlərinə toxunmur, amma ona əməlli-başlı pul xərclədir».

Mənbə bildirir ki, bir neçə gün əvvəl isə icra başçısı sumqayıtlı «mafiozu» yanına çağıraraq ona növbəti tapşırığını verib: «Eldar Əzizov Zaman İsgəndərova obyektlərinin qarşısındakı yolları asfaltlamağı tapşırıb. Təbii ki, Zaman İsgəndərov başçının dediklərinə əməl edib. Əks halda biznesini və varidatını itirə bilər».

Məlumata görə, dünən səhər saatlarında Zaman İsgəndərov şəxsən obyektlərinin qarşısında asfalt çəkilişinə rəhbərlik edib: «Hətta yanında biri dayanaraq onun başına çətir də tutub».

Eh, gidi dünya…


Geri qayıt