Əsas Səhifə > Şou-biznes > GÜNELİN QARDAŞI ÖZÜNƏ BİZNES QURDU

GÜNELİN QARDAŞI ÖZÜNƏ BİZNES QURDU


13-08-2013, 11:33
GÜNELİN QARDAŞI ÖZÜNƏ BİZNES QURDU
"QƏRARA ALDIM Kİ, ÖZÜMƏ STUDİYA AÇIM"

Müğənni Tunar Rəhmanoğlu öz biznesini qurmaq qərarına gəlib.

İfaçı Axşam.az saytına açıqlamasında səsyazma studiyası açdığını bildirib:

“Son vaxtlar bütün yaradıcı işlərimə ara vermişəm. Çünki buradakı studiyalarda edilən aranjimanlardan xoşum gəlmir. Nə qədər nəzarət etsəm də, nəticə ürəyimcə olmurdu. Buna görə də qərar verdim ki, studiya açım. Çoxdan arzulayırdım ki, səsyazma ilə özüm məşğul olum. Son hazırlıq işləri gedir. Çox fərqli və yüksək səviyyədə avadanlıqlar var. Ən azından bir mahnını yazdırmaq üçün Türkiyəyə üz tutmağa ehtiyac qalmayacaq”.

Xatirə İslamla duetlərinin hələ də yazılmamasından danışan Tunar yaxın günlərdə solo konsert verəcək:

“Studiya hazır olandan sonra Xatirə ilə duetimiz də yazılacaq. Həmçinin bu yaxınlarda bacım Günellə birlikdə solo konsert verməyi düşünürük. Maraqlı bir proqram hazırlayırıq”.

Geri qayıt