Əsas Səhifə > Şou-biznes > RƏQSANƏ ÖZÜNÜ REKLAMA BAŞLAYIB

RƏQSANƏ ÖZÜNÜ REKLAMA BAŞLAYIB


13-08-2013, 11:58
RƏQSANƏ ÖZÜNÜ REKLAMA BAŞLAYIB
Hafta.az-ın “Məşhurun bir günü” rubrikasının növbəti qonağı müğənni Rəqsanə İsmayılovadır. R. İsmayılova yaradıcılığı ilə bağlı bir müddətlik İstanbulda yaşadığı üçün onunla Bakıya gələrkən görüşdük. Görüşümüz səhər saatlarında müğənni xanımın evində təyin olunmuşdu. Saat 11:00-da biz onun mənzilinin zəngini çaldıq. R.Ismayılova qapını açdı və yenicə yuxudan durduğunu bildirdi: “Yuxudan gec duran insanam, saat 14:00-15:00-dək yatıram”.
Bir müddət sonra gözəllik salonunun ustaları da müğənninin evinə gəldi. Dediyinə görə R.Ismayılova gözəllik salonlarına getmir:
Salona getmirəm, masaj, manikür, pedikür ustalarım evə gəlir. Salona getməyi çatdıra bimirəm, vaxtım olmur. Evdə olanda isə daha tez hazırlaşa bilirəm.
Təxminən, bir saat sonra o, işgüzar görüşə yollanacaqdı. Artıq müğənni xanımın geyim otağına yollandıq. Burada R. İsmayılova qısa ətəkli tünd narçiçəyi rəngli sadə don seçdi. Ona uyğun qararəngli platforma səndəl bəyəndi. Müğənni xanımın geyimini qarakəmərli saat və geyimin rəngini tamamlayan qolbaqlar yekunlaşdırdı. “Geyimdə ağ və qara rəngləri sevirəm. Hərdən dəyişiklik edirəm. Sənətdə olan insan dəblə ayaqlaşmalıdır. Dəblə gedirəm, amma mənə nə yaraşırsa onu geyinirəm. Elə-belə şeylər geyinmirəm, yaxşı şey geyinirəm. Brendlərə üstünlük verirəm. Qarderobumda demək olar ki, bütün geyimlərim brenddir. Geyimlərimi qızımla bərabər seçirəm. Əynimdəki paltarı qızımın seçimi ilə aldım. Amma ayaqqablarımı özüm Moskvadan almışam“.

Müğənni son vaxtlar qızının zövqünə etibar edir. Hətta yaradıcı layihələrində də qızı ona yardımçı olur:

“Modelyerlərlə çox işləmişəm. Son layihəmizdəki fotosessiyada da geyim məsələlərini modelyerlə bərabər qızım həll etdi. Hazırda modelyerlə işləmirəm. Çünki qızımın əlindən hər şey gəlir. İndiyə kimi, 100 geyim tikib, amma hamısı manekenlərin ölçüsündə olduğuna görə, heç birini geyinə bilmirəm, baxıram, ağzım açıq qalır“.

Rəqsanənin saç düzümü və rəngi də diqqətimizi çəkdi. Saçlarını açıq-şabalıdı rəngə boyayan müğənni bunu yenilik məqsədi ilə edib:

“Türkiyəli ustam Okan İstanbulda saçlarımın rəngini və formasını bir az dəyişdi. Bu, yeni layihələrimlə bağlı deyil. Çünki klipdə tam başqa cür formadayam. Orada geyim, stil fərqli olacaq“.

Biz artıq görüş təyin edilən məkanda idik. Bu arada nahar fasiləsi idi. Müğənni xanımın xeyli arıqlaması da gözümüzdən yayınmadı. R. Ismayılova pəhriz saxladığını vurğuladı:

“Hər zaman pəhrizimi qoruyuram. İdmana ayıracaq vaxtım yoxdur, evdə məşğul oluram. Əməliyyat etdirdiyim üçün 6 ay idmanla məşğul ola bilmərəm. Gün rəzində pomidor, xiyar, göyərti yeyirəm. Azərbaycana gələndə pəhrizimi pozuram. Ürəyim istəyən qədər kabab yemişəm. Ancaq dietada oluram“.

Naharda o, pendir, xiyar, pomidor yedi. Bununla da bugünlük yeməyinin bitdiyini vurğuladı:

“Artıq gün ərzində heç nə yeməyəcəyəm. Başağrısı, halsızlıq olmur. Çünki bu vəziyyətə orqanizmim öyrənib“.
R. İsmayılova yeni mövsümdən tamaşaçıların qarşısına bir çox yeniliklərlə çıxacağını bildirdi. Yayda dincəlməyən müğənni gününün çox hissəsini məşq etməklə keçirir:

- Günüm təyyarələrdə keçir. Demək olar ki, son vaxtlar firkirmi yaradıcılığa ayırmışam. Qalmaqal, söz-söbət. Dava-qırğından uzaq olmaq istəyirəm. Danışanların da cavabı komandam tərəfindən sakit şəkildə verilir. Mənə maraqlı deyil. Türkiyədə gün ərzində 7-8 saat məşq edirəm. Çünki Türkiyədə orkestr şefim Özgür bəy işinin ustasıdır. O deyir ki, mən mahnı oxuyanda dəhşətə gəlir. Çünki deyir tez oxuyuram, içdən oxuyuram və onun istədiyi kimi ərsəyə gətirirəm. Dincəlməyə vaxtım yoxdur. Amma İstanbulda dincəlməyə vaxt tapıram. Bu yaysa heç dincəlmədim. Ramazan ayında albom üçün fəal işlədik. 4 gün klip çəkilişləri oldu. Klip çəkilişlərində 45-50 nəfərlik heyət işləyib.
Müğənni sevimli kitabından da söz açdı. Lakin o, yeni filmlərdən xəbərsiz olduğunu da etiraf etdi:
Hər zaman və dönə-dönə bir kitab oxuyuram, ona film də çəkilib - “Qara volqa”. Təyyarədə ilə gedib-gələndə də o filmə baxıram. Yeni çəkilən Azərbaycan filmlərinə baxmamışam. Amma türk seriallarına baxıram və Ancelina Colinin yeni filminə 2-3 dəfə baxmışam. Onun kişi obrazını bəyənirəm. Bəzən özümü onun yerində təsəvvür edirəm.
Bu arada, görüş artıq başa çatdı və R. İsmayılova övladları ilə istirahət məkanlarından birinə yollandı.

Geri qayıt