Əsas Səhifə > Dünya > LİVANDA TÜRKİYƏLİLƏRİ TƏHLÜKƏ GÖZLƏYİR

LİVANDA TÜRKİYƏLİLƏRİ TƏHLÜKƏ GÖZLƏYİR


13-08-2013, 12:29
LİVANDA TÜRKİYƏLİLƏRİ TƏHLÜKƏ GÖZLƏYİR
Livanda hüquq-mühafizə orqanları Türkiyə vətəndaşlarının kompakt yaşadığı yerlərdə təhlükəsizlik tədbirlərini gücləndiriblər.
DİA.AZ "Anadolu" agentliyinə istinadən xəbər verir ki, təhlükəsizlik tədbirləri, həmçinin türk şirkətlərinin, türklərin yaşadığı hotellərin ətrafında həyata keçirilir.

Müvafiq tədbirlər "Türk Hava Yolları" aviaşirkətinin iki pilotunun Beyrutda oğurlanmasından sonra həyata keçirilməyə başlanıb.

Həmin hadisədən sonra Türkiyə Xarici İşlər Nazirliyi Türkiyə vətəndaşlarını Livana getməməyi tövsiyə edib.

Geri qayıt