Əsas Səhifə > Güney Press, Araşdırma > NİZAMİNİN İCRA BAŞÇISI KİMSƏNİ SAYA SALMIR

NİZAMİNİN İCRA BAŞÇISI KİMSƏNİ SAYA SALMIR


13-08-2013, 13:37
NİZAMİNİN İCRA BAŞÇISI KİMSƏNİ SAYA SALMIR
Azərbaycan Respublikasının Ali baş komandanı,Prezidenti cənab İlham Əliyevə Bakı şəhəri Nizami rayonu E.Süleymanov,ev 122-saylı uşaq baxçasında məskunlaşan Füzuli rayon sakini Fərzəliyeva Sona Kazımxan qızı tərəfindən

Açıq Məktub
Hörmətli Prezident!
“Nəzərinizə catdırıram ki, həyat yoldaşım Fərzəliyev Pəhlivan Əhliman oğlu Azərbaycan Respublikasının Milli qəhramanı adına layiq görülüb. 11 aprel 1992-ci il tarixdə Füzuli rayon uğrunda gedən qanlı döyüşlərdə şəhid olub.Füzuli rayonu Qobu Dilağarda kəndində 12-aprel 1992-ci il tarixində dəfin olunub 4-ay sonra yəni avqust ayının 23-tarixində Füzuli rayonu və bizim kənd tamamı ilə nankor qonşumuz tərəfindən işğal olunub. Mərhum həyat yoldaşımın qəbri bu günə kimi düşmənin tapdağı altında qalıb. 20-ildir dəfin etmişik, bir dəfə ziyarətinə bir qərənfillə gedə bilməmişik. İnanıram ki,sizin sayəniz nəticəsində yaxın vaxtlarda Qarabağ işğaldan azad olacaq. Biz də öz doğmalarımızın qəbrini ziyarət edəcik. 2013-cü il prezident seçkilərində sizi dəsdəkləyənlərdən biri də bizim ailədi sizə uğurlar və nailiyyət arzu edirəm. Sizə minnətdaram ki,Fərzəliyev Pəhlivanı ölümündən sonra qızıl ordenlə təltif etdiniz və bizim ailəni prezident təqaüdü ilə təltif etdiniz.Qısa olaraq nəzərinizə çatdırım ki, çox acınacaqlı vəziyyətdə yaşayırıq. On ildən çoxdur ki, ev növbəsindəyik. Aidiyatı orqanlara müraciət etmişik, müraciətimizi bir birinin üstünə atıllar və bunun da nəticəsində biz bu günə kimi baxçada yaşayırıq.
NİZAMİNİN İCRA BAŞÇISI KİMSƏNİ SAYA SALMIR

Cənab prezident!

Ailəmiz adından xahiş edirəm ki, bizim mənzil məsələsinin həllində yaxından köməklik göstərilməsinə göstəriş verəsiniz. Nizami rayon icra hakimiyyətinə gedib-gəlməkdən artıq yorulmuşam. İcra başçısı Tahir Budaqov bizi bu günə kimi süründürür. Evlə bağlı sual verəndə növbənizi gözləyin deyirlər. bakının digər rayonlarındakı məcburi köçkünlərə də ev verilib, amma milli qəhrəman ailəsi hələdə uçuq baxça divarları arasında yaşamağa məcburdur. Sizdən çox xahiş edirik ki, bizim problemlərimizin həll olunmasında müvafiq tapşırıq verəsiniz. Ailəmizlə heç bir rəsmi qrum maraqlanmır.”

“Gunxeber.com Xəbər Agentliyi”dən xahiş etdim ki, mənim sizə müraciətimi mətbuat vasitəsi ilə çatdırsın. Çünki məmurlara artıq inamımız qalmayıb.
Əvvəlcədən sizə minnətdaram!

Geri qayıt