Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ATA KÖRPƏSİ İLƏ BAĞLI PREZİDENTƏ AĞIZ AÇDI

ATA KÖRPƏSİ İLƏ BAĞLI PREZİDENTƏ AĞIZ AÇDI


14-08-2013, 10:07
ATA KÖRPƏSİ İLƏ BAĞLI PREZİDENTƏ AĞIZ AÇDI
6 YAŞLI NAMİQ AĞIR XƏSTƏDİR

DİA.AZ: - Şabran rayon sakini Xəlilov Vüqar tərəfindən xəstə uşağı ilə bağlı prezidentə ünvanlanmış müraciətin surəti DİA.AZ redaksiyasına daxil olub. Həmin müraciəti olduğu kimi oxuculara təqdim edirik:

“Hörmətli cənab prezident! Mənim 6 yaşlı oğlum Xəlilov Namiq 3 ildir ki, böyrək çatışmamazlığından əziyyət çəkir.( Sol tərəfli anadangəlmə hidronefraz, 5 dərəcə)Ona böyrək fəaliyyətinin tam itməsi, sağ tərəfi piyeloektaziya diaqnozu qoyulmuşdur.Belə ki,2010-cu ilin mart ayının 10-da 3 yaşlı oğlum Bakıda klinikaların birində əməliyyat olunmuş və onun sol böyrəyi götürülmüşdür.
3 ildir uşağı həkimə aparıb-gətirirəm. Qeyd edim ki, onun qalan sağ böyrəyi də xəstədir. Böyrəkdə 4,6 mm, 5,2 mm olan kistoz törəmələr və diametri 3mm olan kalsinat var. Maddi vəziyyətim çox çətindir, mənim və yoldaşımın aldığı maaş bizim dolanışığımıza güclə çatır. Mən borc-xərclə canımdan əziz olan övladımı müalicə elətdirirəm. Hər dəfə Bakıya gedib-gəlmək, xəstə övladımı müxtəlif klinikalarda həkimlərin qəbulunda olmaq isə müəyyən maddi vəsait tələb edir. Bundan başqa həkimlər uşağımın sağala bilməsi haqda konkret bir söz də demirlər.
Gözüm görə-görə övladımın günü-gündən zəifləyərək əldən getməsi ata kimi mənə çox ağır gəlir. Getdiyimiz klinikalarda həkimlər bizə bildiriblər ki, uşağımın xəstəliyinin müalicəsi var, ancaq böyük vəsait tələb edir.Həkimlərin bildirdiyinə görə 6 yaşlı Namiqin fəaliyyət göstərən yeganə xəstə böyrəyi get-gedə zəifləyir və əgər o tez bir zamanda müalicə olunmasa Namiq həyatını itirəcək. Buna görə də cənab prezident, sizdən xahiş edirəm Namiqi sağaltmaq üçün bizə köməklik göstərəsiniz. Ümidümüz ancaq sizədir”.
Hörmətlə, Şabran rayon sakini Xəlilov Vüqar Mövsüm oğlu, Nizami küç.ev 16

Geri qayıt