Əsas Səhifə > Dünya > QAHİRƏNİ BAĞDADA DÖNDƏRİRLƏR

QAHİRƏNİ BAĞDADA DÖNDƏRİRLƏR


14-08-2013, 10:16
QAHİRƏNİ BAĞDADA DÖNDƏRİRLƏR
Misirdə gecə saatlarında paytaxt Qahirənin əl-Cizə rayonunda ölkənin hakimiyyətdən devrilmiş prezidenti Məhəmməd Mürsi tərəfdarları və əleyhdarları arasında şiddətli toqquşma baş verib.

SalamNews-un Əlcəzirə telekanalına istinadla verdiyi xəbərə görə, toqquşma nəticəsində bir nəfər həlak olub, daha 10 nəfər isə yaralanıb.

Təhlükəsizlik mənbələrinin məlumatına əsasən, əl-Cizənin ən-Nəhdə meydanından aksiyalara başlayan Mürsi tərəfdarları Feysəl küçəsinə yürüş edərkən əleyhdarları ilə üz-üzə gəliblər və bu zaman tərəflər arasında qarşıdurma baş verib.

Ölkənin müvəqqəti hökuməti aksiyaların dağıdılması yollarını nəzərdən keçirir.

Təhlükəsizlik mənbələrindən bildirilir ki, aksiya məkanlarının zor tətbiq edərək dağıdılması hələ ki, gündəmdə deyil və mövəqqəti hökümət məkanların mühasirəyə alınması ilə kifayətlənməkdədir.

Bu arada, Misirin Baş prokurorluğu Məhəmməd Mürsi tərəfdarlarından 70 nəfərinin həbs müddətinin daha 15 sutka uzadılmasına qərar verib.

Geri qayıt