Əsas Səhifə > Sosial, Manşet > ETİBAR PİRVERDİYEVİN MAXİNASİYALARI
ETİBAR PİRVERDİYEVİN MAXİNASİYALARI6-01-2012, 12:12 |
“AZENERJİ” PREZİDENTİ “TOK”DAN PUL ÇIXARIR DİA.AZ: - “Azərenerji”də nələrin baş verdiyi haqda çox yazılıb, çox deyilib. Məsələ budur ki, bu qurumun rəhbəri Etibar Pirverdiyev sözün həqiqi mənasında həm əhalini, həm də hökuməti barmağına dolayıb. Eyni zamanda, bu dolama sayəsində yüzlərlə insan aldadılır və onların ödədikləri pullar mənimsənilir. Məhz bu səbəbdəndir ki, Pirverdiyev barəsində bir sıra məlumatlar meydana çıxır və onun əməllərinin üzərinin açılmasına səbəb olur. Məlum olduğu kimi, »Azərenerji» Səhmdar Cəmiyyətində kadr seçimində ciddi nöqsanlar, korrupsiya faktları və ən əsası, təhlükəsizlik qaydalarına əməl edilməməsi səbəbindən tez-tez insan ölümləri baş verir. Neqativ hallara şərait yaradan sözügedən qurumun prezidenti Etibar Pirverdiyev isə bunlarla kifayətlənməyərək, hökumətə sanki kələk gəlməkdən də çəkinmir. Etibarlı mənbələrdən verilən məlumatlara görə, Etibar Pirverdiyev 1 kvt enerjiyə sərf olunan şərti yanacağın qiymətini süni şəkildə artırır. Halbuki, bunun aşağı salınması mümkündür. Mənbə deyir ki, hazırda Azərbaycanda 1 kvt/saat enerjiyə sərf olunan şərti yanacağın miqdarı 386 qramdır. Uzun illərdir ki, bu rəqəm dəyişmədən saxlanılıb. Onun sözlərinə görə, halbuki, İqtisadi İnkişaf Nazirliyinin mütəxəssisləri dünya ölkələrinin təcrübəsindən çıxış edərək, bu rəqəmin 20 faiz azaldılmasının mümkünlüyünü təsdiqləyiblər. »Hətta bu, əsaslandırılmış şəkildə dövlət proqramına da daxil edilib. Səhv etmirəmsə, 2006-cı ildə həmin proqramı ölkə prezidenti İlham Əliyev də təsdiqləyib». Lakin ötən beş il ərzində E.Pirverdiyev bu istiqamətdə heç bir addım atmayıb. Bu isə onun hökumətə sanki kələk gəlməsindən başqa bir şey deyildir. Çünki enerjinin maya dəyəri 20 faiz aşağı düşərsə, bu, istehlakçılara satılan enerjinin qiymətinin də aşağı düşməsinə səbəb olardı. Yəni o, dövlət proqramına əməl etməklə, həm hökuməti, həm də xalqı qazanclı çıxara bilər. Lakin hər zamankı kimi, Pirverdiyevi yalnız öz mənfəəti düşündürür. Mənbə deyir ki, Pirverdiyev bu hərəkətləri ilə hökuməti də çətin vəziyyətə qoyur. Onun sözlərinə görə, Etibar Pirverdiyevin saxta hesabatları səbəbindən Tarif Şurası 6 yanvar 2007-ci ildə energidaşıyıcılarının qiymətini qaldırdı. Xatırladaq ki, o zaman Etibar Pirverdiyev sözügedən quruma müraciətində fantastik rəqəmlər daxil etmişdi. Təəssüf ki, hökumət bunları araşdırmadan qismən qəbul etdi. Onu da bildirək ki, hazırda bəzi bölgələrdə əsasən yüksəkgərginlikli və şəbəkələrarası elektrik xətlərində ciddi itkilərin olduğu qeyd edilir və bunu da xətlərin köhnə olması ilə əlaqələndirirlər. Ancaq bu itkilərin böyük hissəsi oğurluq enerji satışına görə yaranır. Bu isə şəbəkə rəislərindən başlayaraq, »Azərenerji»nin rəhbərliyinə qədər uzanan asan korrupsiya xəttidir. Bu və ya digər faktları tam üzə çıxarıb, təsdiqləmək üçünsə, »Azərenerji» və onun tabeliyindəki müəssisələrdə qısamüddətli yoxlamalar təşkil etmək kifayətdir. O zaman Etibar Pirverdiyevin hansı oyunlardan çıxdığını sübut etmək çətin olmayacaq. Əslində, Etibar Pirverdiyev »Azərenerji»ni şəxsi obyekti kimi idarə edir. Bunu təkcə hansısa mənbələr deyil, elə şirkətin özündəki işçilər də söyləyirlər. Onların sözlərinə görə, Etibar Pirverdiyev enerji sahəsində mütəxəssis kimi tanınan savadlı kadrları işdən çıxararaq öz yerlilərini onların əvəzinə işə götürüb. Bu baxımdan da Azərbaycanın enerji sahəsi bərbad vəziyyətə düşüb. »Azərenerji»nin işçiləri bildirib ki, əslində qurumda idarəetməni Etibar Pirverdiyevin tapşırığı ilə onun köməkçisi Məhərrəm Nəcəfov həyata keçirir: »Məhərrəm Nəcəfov, həm işə qəbul edir, həm işdən çıxarır, həm də nə isə paylayır. Onun razılığı olmadan heç bir işçi addım belə ata bilməz. Hətta Etibar Pirverdiyevin telefonlarını da Məhərəm Nəcəfov qaldırır». Etibar Pirverdiyevin işi isə yalnız qurumda müxtəlif adlar altında idarələr yaradıb-ləğv etməkdir. İşçilər deyir ki, »Azərenerji» prezidenti bir ayda bir neçə idarə yaradır, sonra da ləğv edir: »Bir müddət əvvəl Enerji Təchizat İdarəsi ləğv edilərək, səlahiyyətlər Elektrik Enerjisinin Ötürülməsi İdarəsinə verildi. Çox az bir müddət keçəndən sonra idarə yenidən bərpa olundu və köhnə müdir Hikmət Həsənov vəzifəsinə qayıtdı.» Bir başqa məlumatı da diqqətnizə çatdıraq. Vaxtilə »Azərenerji»nin tərkibində »Azərenerjinəzarət» MMC fəaliyyət göstərirdi. Onun rəisi sabiq nazir Əli Nağıyevin qardaşı Muxtar Nağıyev idi. Əli Nağıyev nazir vəzifəsində azad ediləndən sonra sözügedən MMC də ləğv olundu. Onun yerində eyni adlı idarə yarandı. Həmin idarəyə smart-kart tipli sayğacların inhisarçısı, Etibar Pirverdiyevin dostu Saleh Məmmədli rəis təyin olundu. Saleh Məmmədlinin əli ilə də maxinasiyalar həyata keçirilir. »Azərenerji»nin işçiləri bir maraqlı faktı da diqqətimizə çatdırıblar. Onların sözlərinə görə, sayğaclaşma prosesində milyonlarla manat vəsait mənimsənilir: » Etibar Pirverdiyev hesabat verir ki, tutaq ki, filan rayonda 5000 sayğac quraşdırılıb. Əslində isə həmin sayğaclar şəbəkəyə qoşulmayıb. Sadəcə yerlərdə xüsusi briqadalar yaradılır və formal olaraq tender həyata keçirilir. Tender adı altında hər bir işçiyə 2-3 manat pul verilir, onların da işi divara bir mismar vurub sayğacı ordan asmaqdan ibarətdir. Faktiki olaraq sayğac var, amma şəbəkəyə qoşulmayıb. Çünki abonentə sayğacla enerji verilsə, onlara lazım olan qədər istifadə olunmayacaq. Yəni, abonentə sayğacsız enerji veriləndə sərfiyyat çox göstərilir. Bu isə külli miqdarda vəsaitin mənimsənilməsinə yol açır». Geri qayıt |