Əsas Səhifə > Partiya > ƏLİ ƏHMƏDOV PUTİNİN BAKI SƏFƏRİNDƏN DANIŞDI

ƏLİ ƏHMƏDOV PUTİNİN BAKI SƏFƏRİNDƏN DANIŞDI


14-08-2013, 11:17
ƏLİ ƏHMƏDOV PUTİNİN BAKI SƏFƏRİNDƏN DANIŞDI
"MƏTBUATIN YAZDIQLARI UYDURMADIR"

“Rusiya prezidenti Vladimir Putinin Bakı səfərinin onun seçkilərdə İlham Əliyevə dəstək verməsi ilə əlaqələndirilməsi tamamilə yanlışdır. Bununla bağlı müxalif mətbuatın yazdıqları uydurmadır. İlham Əliyevə yalnız Azərbaycan xalqı dəstək verir”.

APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, deputat Əli Əhmədov deyib.

Ə. Əhmədovun sözlərinə görə, müşahidələr göstərir ki, Azərbaycan seçicilərinin tam əksəriyyəti İlham Əliyevi dəstəkləyir: “YAP sədri İlham Əliyev müxalifətdən fərqli olaraq dəstəyini Azərbaycandan kənarda deyil, Azərbaycanın daxilində qazanıb. Bu dəstək də İlham Əliyevə seçkilərdə uğur qazanması üçün kifayət edir. Başqa dəstəyə ehtiyac yoxdur”.

Geri qayıt