Əsas Səhifə > Şou-biznes > "NƏ MUTLU TÜRKÜM DEYƏNƏ"...

"NƏ MUTLU TÜRKÜM DEYƏNƏ"...


14-08-2013, 11:21
"NƏ MUTLU TÜRKÜM DEYƏNƏ"...
“Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin dəvəti ilə ölkəmizə gəlmiş tanınmış türkiyəli müğənni Halil Başkal Tərtər rayonunda olub, cəbhə xəttində xidmət edən əsgərlər və sakinlər qarşısında konsert verib.

DİA.AZ AzərTAc-a istinadən xəbər verir ki, tanınmış müğənni Halil Başkal və Milli Məclisin deputatı Qənirə Paşayeva əvvəlcə cəbhə xəttində xidmət edən əsgər və zabitlərlə görüşüb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərindən danışılıb, Qarabağ probleminin bütün türk dünyasının problemi olduğu diqqətə çatdırılıb.

Halil Başkal əsgərlər qarşısında “Ne mutlu türküm deyene”, “Ah Karabağ”, “Çırpınırdı Qara dəniz” kimi vətənpərvər ruhlu mahnıları oxumuşdur. Sonra əsgərlərə hədiyyələr təqdim edilib.

Həmin gün Tərtər şəhərindəki Heydər Əliyev adına parkda geniş konsert proqramı keçirilib. Türkiyəli müğənni Halil Başkalın və Azərbaycanın əməkdar artisti Elza Seyidcahanın çıxışları tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Geri qayıt