Əsas Səhifə > Güney Press, Araşdırma > AZƏRBAYCANDA SİYASİ HƏBSLƏR GÖZLƏNİLİR
AZƏRBAYCANDA SİYASİ HƏBSLƏR GÖZLƏNİLİR14-08-2013, 11:50 |
KİMLƏR YENİ DALĞANIN HƏDƏFİNƏ ÇEVRİLƏCƏK? Azərbaycanda siyasi həbslər gözlənilir. Bu haqda Avropa.info-ya məlumat verən mənbənin sözlərinə görə, bu həbslər heç də əvvəlki illərdə olduğu kimi ənənəvi müxalifəti əhatə etməyəcək. Bu dəfə vəziyyət tamamilə fərqlidir. Əldə etdiyimiz məlumata görə, represiya dalğası bu dəfə son dövürlər fəallaşan Rusiyameyilli qüvvələri əhatə edəcək. Mənbənin sözlərinə görə,artıq sözügedən həbs dalğası başlanılıb. Belə ki, eks xarici-iqtisadi əlaqələr naziri Nicat Quliyevin və Rusiyada prezident Putinin rəhbərlik etdiyi millətlərarası münasibətlər üzrə Şuraya daxil olan Federal Ləzgi Milli-Mədəni Muxtariyyətinin liderlərinin qohumlarının Azərbaycanda həbs olunmaları bu qəbildən sayılmalıdır. Mənbə bildirir ki, Putinin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı bir sıra mübahisəli məsələlərin razılaşdırılması və hakimiyyətin özünü Moskvaya tərəfdaş kimi təqdim edə bilməsindən sonra sözügedən həbslərin miqyası daha da genişlənəcək. Həbs olunanlar arasında bir sıra tanınmış şəxslərin, Milli Şuradakı Rusiyameyilli funksionerlərin, iş adamlarının və hətta hakimiyyətdə vəzifə tutan bəzi şəxslərin də olacağı istisna olunmur. Həbslərin ya seçki ərəfəsindən ,ya da seçkidən dərhal sonra geniş vüsət alacağı qeyd edilir. Geri qayıt |