Əsas Səhifə > Siyasət, Manşet > ELŞAD ABDULLAYEVİN YERİ-YURDU BƏLLİ OLDU

ELŞAD ABDULLAYEVİN YERİ-YURDU BƏLLİ OLDU


14-08-2013, 12:02
ELŞAD ABDULLAYEVİN YERİ-YURDU BƏLLİ OLDU
KEÇMİŞ REKTOR UKRAYNADADIR: ONUN HANSI MƏQSƏDLƏ GETDİYİ BİLİNMİR

DİA.AZ: - Fəaliyyəti dayandırlımış Azərbaycan Beynəlxalq Unversitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin Fransanı tərk etməsi haqda məlumatı vermişdik. Bu gün isə sabiq rektorun Ukraynada olduğu haqda xəbərlər yayılıb.

Xatırladaq ki, bu günlərdə insan orqan və ya toxumalarının qanunsuz transplantasiyası ilə əlaqədar Ukrayna Prokurorluğunda başlanmış cinayət işi üzrə Kiyev şəhəri Obolon Rayon Məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər tərəfindən 2009-2010-cu illər ərzində mütəşəkkil cinayətkar qruplaşma yaratmaqla ayrı-ayrı tibb müəssisələrində, o cümlədən Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərən Tibb Mərkəzində qanunsuz olaraq vətəndaşların daxili orqanlarının çıxarılması və köçürülməsi ilə bağlı cərrahiyyə əməliyyatlarının aparılması müəyyən edilib.

Məhkəmə tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə həmin mütəşəkkil cinayətkar qruplaşma ilə əlbir olmuş Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev və universitetin nəzdində fəaliyyət göstərən Tibb Mərkəzinin vəzifəli şəxsləri barəsində xüsusi qərardad çıxarılmaqla, həmin qərardad barələrində qanunla nəzərdə tutulmuş qaydada tədbir görülməsi məqsədilə Ukrayna Prokurorluğu vasitəsilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

DİA.AZ bildirir ki, hələlik Azərbaycan tərəfi bu tələbə hansısa formada reaksiya verməyib. Redaksiyamızın əldə etdiyi bilgilərə görə, məhz bu ittihamlarla əlaqədar Elşad Abdullayev Ukraynaya gedib. Onun istintaqla könüllü əməkdaşlıq etməsi isə gözlənilən deyil. Bunu isə DİA.AZ-a məlumatlı mənbə söyləyib. Çünki Ukrayna tərəfi keçmiş rektorla bağlı həbs qərarı çıxarıb.

Geri qayıt