Əsas Səhifə > Şou-biznes > “HAQQINDA DANIŞSAM, BU ONUN ÜÇÜN BÖYÜK ŞƏRƏF OLACAQ”

“HAQQINDA DANIŞSAM, BU ONUN ÜÇÜN BÖYÜK ŞƏRƏF OLACAQ”


6-01-2012, 12:52
“HAQQINDA DANIŞSAM, BU ONUN ÜÇÜN BÖYÜK ŞƏRƏF OLACAQ”

AZƏRBAYCANLI MÜĞƏNNİLƏR "ATIŞDILAR"

Əməkdar artist Zöhrə Abdullayeva həmkarı Mətanət Əsədova haqda danışmaq istəmədiyini bəyan edib.

Day.Az saytı xəbər verir ki, o, yerli telekanallardan birinə açıqlamasında deyib: "Hamıdan xahiş edirəm, onun adını mənimlə yanaşı çəkməyin. Çünki bu, onun reytinqinə təsir göstərə bilər. Mən isə onu reklam etmək istəmirəm. Aramızda mübahisənin olduğu haqda deyilənlər yalandır. Sadəcə, haqqında danışsam, bu onun üçün böyük şərəf olacaq. Mətanət səhnəyə mənim köməyimlə gəlib. Müsahibələrindən birində demişdi ki, guya mənim səviyyəmə düşmək istəmir. Mənsə cavab verdim ki, o, uşaqdır və heç nə anlamır".

M.Əsədovanın məsələyə münasibəti isə belə olub: "Mənim doğma bacımla da mübahisəm olub. Bu, həmkarlar arasında da mümkündür. Burada nə var ki?! Mən böyüklərə hörmət edir və onların məsləhətlərini dinləməyə çalışıram. Zöhrə xanımın böyük stajı, həyat təcrübəsi var. Bu üzdən də onun haqqında heç nə deyə bilmərəm".


Geri qayıt