Əsas Səhifə > Siyasət, Manşet > SEÇKİ ƏRƏFƏSİNDƏ ARANI QARIŞDIRANLAR VAR

SEÇKİ ƏRƏFƏSİNDƏ ARANI QARIŞDIRANLAR VAR


15-08-2013, 10:40
SEÇKİ ƏRƏFƏSİNDƏ ARANI QARIŞDIRANLAR VAR
ƏNƏNƏVİ QARA QÜVVƏLƏR YENƏ DƏ ƏVVƏLKİ MÖVQELƏRİNİ QORUYURLAR Kİ…

DİA.AZ: - «Qarşıdan gələn prezident seçkilərində aranı qatmaq istəyən qüvvələr var ki, onların əsas dayaq mərkəzini kənarda yox, elə hakimiyyətin öz içində axtarmaq lazımdır». Bu şok açıqlamanı DİA.AZ-a hökumət içindəki bilgili qaynaq ötürüb.

Mənbə iddia edir ki, bəzi iqtidariçi qüvvələr məhz siyasi münasibətlərin süni şəkildə gərginləşdirilməsi fonunda münbit şərait əldə etmiş olurlar həmçinin mövcudluqlarını təmin edə bilirlər:

«Əslində hakimiyyətin dəyişən yeni siyasi dəst-xəttində həmin qüvvələr üçün heç bir missiya nəzərdə tutulmayıb. Elə bu səbəbdən də onlar ənənəvi gərginliyin qorunması üçün ciddi şəkildə fəaliyyətdədirlər. Onlar nə edirlər?

İlk olaraq bu suala cavab verilməsi üçün onlarla bağlı müəyyən məqamları diqqətinizə çatdıraq. Həmin qüvvələr konkret olaraq hansısa strukturda qərarlaşmayıblar. Yəni demək olar ki, əksər dövlət qurumlarında şəbəkələşiblər və əsas məramları məhz köhnə sistemin qorunmasıdır.

Sistem qorunursa, demək, köhnə sistemdən daha yaxşı məlumatlı olan köhnə eşalon, köhnə məmur heyəti də qorunmalıdır, onlara ehtiyac yaranır. Məhz özlərini qoruya bilmələri üçün onlar istənilən bir siyasi islahatların əleyhinədirlər.

Hətta antikorrupsiya tədbirləri belə həyata keçirilir, hakimiyyət bu prosesdə müəyyən addımlar atır, amma bu istiqamətdə ənənəvi status-kvo çılğıncasına mühafizə olunur».

Mənbəmizin sözlərinə görə, qarşıdan gələn prezident seçkilərinə qədər həmin qüvvələr daşınıb ki, bu da növbəti təxribatlardan xəbər verir: «Demək, yenə də ənənəvi qaydada süni gərginlikləri müşahidə edəcəyik. Bu da məhz həmin qara qüvvələrin mövcudluğunun, fəaliyyətlərinin nəticəsi kimi qəbul olunmalıdır. Hətta onlar yaxın vaxtlarda şok bir olay çıxarmağı da düşünürlər».

Geri qayıt