Əsas Səhifə > Dünya > MÜBARƏKİ BUNA GÖRƏMİ DEVİRDİNİZ?
MÜBARƏKİ BUNA GÖRƏMİ DEVİRDİNİZ?15-08-2013, 10:50 |
2 GÜNDƏ 1500 MİSİRLİ ÖLDÜRÜLÜB Misir ordusu dünən səhərdən Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin tərəfdarlarının etiraz nümayişlərini dağıtmağa başlayıb. Bu barədə Trend "əl-Cəzirə" telekanalına istinadən məlumat verir. Məlumata əsasən, etirazçıları dağıtmaq üçün hərbi texnika və odlu silahdan istifadə edilir. Qeyri-rəsmi məlumata görə, Qahirənin Rabia Al-Adaviya meydanında keçirilən nümayişlərin dağıdılması zamanı indiyə qədər 1500-ə yaxın insan həyatını itirib, minlərlə insan isə yaralanıb. Rəsmi məlumatlarda isə qarşıdurma nəticəsində 278 nəfərin öldüyü, mindən artıq insanın isə yaralandığı bildirilir. İslam Alimlər Birliyi bütün müsəlmanları Misirdə Məhəmməd Mursinin tərəfdarlarının qətlinə etiraz olaraq onlara qoşulub dəsrək verməyə çağırıb. Misirin vitse-prezident Məhəmməd əl-Baradei isə qarşıdurmalardan sonra öz postundan istefa verib. Qeyd edək ki, Məhəmməd Mursinin tərəfdarları onun yenidən prezident vəzifəsinə gətirilməsi və Konstitusiyanın bərpa edilməsi tələbi ilə etiraz aksiyaları keçirir. Xatırladaq ki, iyulun 26-da Misir məhkəməsi aparılan araşdırma çərçivəsində ölkənin ordu tərəfindən devrilmiş Prezidenti Məhəmməd Mursiyə 15 sutkalıq həbs cəzası verilməsi barədə qərar qəbul edib. Telekanalın məlumatına görə, məhkəmə Mursini HƏMAS hərəkatı ilə əməkdaşlıq etməkdə, həmçinin 2011-ci ildə inqilab zamanı həbsxanadan qaçışda təqsirli bilib. Geri qayıt |