Əsas Səhifə > Dünya > TÜRKİYƏ "HİZBULLAH"DAN KÖMƏK İSTƏDİ
TÜRKİYƏ "HİZBULLAH"DAN KÖMƏK İSTƏDİ15-08-2013, 11:17 |
Türkiyə səfiri Hizbullah blokunun parlament üzvüylə görüşündə ölkəsinin rəsmi müraciətini çatdırıb. DİA.AZ-ın "Dailystar"a istinadla verdiyi xəbərə görə, Türkiyə hökuməti ötən həftə Livanın paytaxtı Beyrutda oğurlanan iki türk pilotunun geri qaytarılmasında kömək etməsi üçün "Hizbullah"a müraciət edib. Türkiyə tərəfdən kömək üçün rəsmi xahişi bu ölkənin Livandakı səfiri İnan Özyıldız "Hizbullah"ın parlament blokunun üzvü Məhəmməd Rədlə görüşü zamanı çatdırıb. Məlumat üçün bildirək ki, Livanın Hizbullah Müqavimət Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah dünən “Əl-Məyadin” telekanalına verdiyi müsahibədə türkiyəli pilotların oğurlanmasında hərəkatın heç bir rolunun olmadığını və hərəkatın bu tipli işləri məqbul hesab etmədiyini deyib. Geri qayıt |