Əsas Səhifə > Dünya > “TRAGİKOMİKDİR”

“TRAGİKOMİKDİR”


6-01-2012, 13:42
“TRAGİKOMİKDİR”

İLKƏR BAŞBUĞ HƏBSİNDƏN ƏVVƏL İSTİNTAQÇILARA BELƏ DEYİB

“Türkiyə Silahlı Qüvvələrinə komandanlıq etmiş bir şəxsin terror təşkilatı qurmaq və idarə etməkdə ittiham olunması trağikomikdir”. Baş Qərargahın sabiq rəisi, istefada olan ordu generalı İlkər Başbuğ həbsindən az əvvəl istintaqa ifadəsində belə deyib.

“Trtazerbaycan.com”un məlumatına görə, silahlı təşkilata rəhbərlik və çevrilişə cəhddə ittiham olunan Bağbuğ Silivri həbsxanasına göndərilib. “İnternet andıçı” işi çərçivəsində bəzi şahidlər “cənab komandana məruzə edilir” sözləri ilə hökumət əleyhinə qara piar kampaniyası aparılmasına dair sənədlərin o zamankı Baş Qərargah rəisi İlkər Başbuğun təsdiqinə göndərildiyini bildiriblər.

Bu ifadələrdən sonra Başbuğ istintaqa çağırılıb. Yanvarın 5-də 7 saata yaxın ifadə verən keçmiş ordu rəisi haqqındakı ittihamları rədd edib. Başbuğ Türkiyə Silahlı Qüvvələrinə komandanlıq edən bir şəxsin silahlı terror təşkilatı qurmaq və idarə etməkdə ittiham olunması ifadələrinin dilə gətirilməsinin belə özü üçün cəza olduğunu söyləyib: “Bundan sonra nə cəza verilirsə verilsin, bu məni üzməz. Mən ordu rəisi olduğum zaman belə bir şey olubsa, lazım gələn addımlar atılmalıydı”.

İlkər Başbuğ Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi postunu 2008-2010-cu illərdə tutub.


Geri qayıt