Əsas Səhifə > Cəmiyyət > İCRA BAŞÇILARINA YENİ PULYIĞMA BƏHANƏSİ

İCRA BAŞÇILARINA YENİ PULYIĞMA BƏHANƏSİ


15-08-2013, 12:30
İCRA BAŞÇILARINA YENİ PULYIĞMA BƏHANƏSİ
Bir neçə icra başçısı “Prezident seçkilərinə dəstək” adı altında pulyığma kompaniyasına start verib. Bu barədə 7GUN.az-ın elektron poçtuna daxil olan məlumatlarda bildirilir ki, Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov və Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə iş adamlarını, idarə müəssisə və təşkilat rəhbərlərini bir araya gətirərək, onlara maddi imkanına görə “TAS” qoyub. Hətta icra başçılarının bu kompaniyasına etiraz edən idarə rəhbərləri də tapılıb. Bəzi etirazlara baxmayaraq icra başçıları öz fikirlərində israrlı olduğunu və bu tapşırığın yuxarıdan verildiyini bildiriblər. Görünür prezident seçkilərinin başlanmasına az vaxt qalmasına baxmayaraq icra başçılarının belə “əməlləri” hakimiyyət daxilindəki yüksək çinli müəyyən məmurların fürsətdən “yararlanması” kimi qiymətləndirmək olar. Etibarlı mənbənin sözlərinə görə, artıq baş verənlərlə bağlı hakimiyyətin üst qatı məlumatlandırılıb.

Qeyd edək ki, sözügedən hər iki icra başçıları vəzifə səlahiyyətlərini icra edərkən çoxlu sayda problemlər yaradıblar ki, bunlar da hakimiyyət tərəfindən mənfi qarşılanır: “ Son zamanlar Prezident Administrasiyasına icra başçıları və digər vəzifəli şəxslər barədə şikayətlərin sayı durmadan artır. President seçkiləri öncəsi hələlik, onlar barədə ciddi cəza tədbirinin görülməməsini görən icra başçılarının bir az da əl-qolu açılıb. Xüsusilə Zaqatala rayon İH başçısı Mübariz Əhmədzadə barədə PA-ya daxil olan şikayətlərin sayı-hesabı yoxdur. Təbii, zamanı gələndə M.Əhmədzadəni ciddi cəza gözləyir. Prezident seçkilərindən sonra Masallı İH başçısı Rafil Hüseynovun da vəzifə taleyi onunçun sevindirici olmayacaq. R.Hüseynovun az bir müddətdə işində buraxdığı ciddi səhvlər bu məmuru da yuxarılarda “qara siyahı”ya salıb”. Bildirək ki, bir müddət bundan öncə Rafil Hüseynovun Masallı rayon Qaz İstismar idarəsinin rəisi Sehran Şahverdiyevlə əlbir olaraq küllü miqdarda dövlət vəsaitini mənimsəməsi barədə Prezident Administrasiyasına şikayət olunmuşdur.

Təbii, hər iki icra başçısının himayədarları hakimiyyətin üst qatına mənsubdur. Onların xüsusi göstərişi olmasa icra başçıları yerlərdə bu cür qanunsuzluq və özbaşınalıqlara yol verməzlər.

Geri qayıt