Əsas Səhifə > Siyasət, Manşet > ARDNŞ ŞEFİNİN BAŞI ÜZƏRİNDƏ QARA BULUDLAR
ARDNŞ ŞEFİNİN BAŞI ÜZƏRİNDƏ QARA BULUDLAR16-08-2013, 10:51 |
HÜSEYN ABDULLAYEVİN XAHİŞİ RÖVNƏQ ABDULLAYEVİ ÇƏTİN DURUMA SALIB DİA.AZ: - Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə hazırda Almaniyada siyasi mühacir həyatını yaşayan Hüseyn Abdullayevin zamanında dostluq münasibətlərində olmaları əksəriyyətə məlumdur. Doğrudur, Hüseyn Abdullayev millət vəkili olarkən Rövnəq Abdullayevin ARDNŞ-ə rəhbər gətirilməsini etirazla qarşılamışdı. Amma bu hadisə belə dara düşən Hüseyn Abdullayevin sonda ARDNŞ prezidentinə müraciət etməsinə maneçilik törətmədi. Xatırladaq ki, rəsmi Bakının təzyişlərinin hədəfinə çevrilən Hüseyn Abdullayevin ARDNŞ prezidentinin araçılığı ilə öz ismarıclarını çatdırması barədə məlumatı bir neçə gün əvvəl diqqətinizə çatdırmışdıq. DİA.AZ-a bilgili mənbələrdən daxil olan son məlumatlarda isə bildirilir ki, Hüseyn Abdullayevin Almaniyadan ARDNŞ prezidentinə etdiyi xahişləri cavabsız qalıb. Mənbənin söylədikləri: «Bu işə görə Rövnəq Abdullayev kimsəyə ağız açmayıb. Hətta adının Hüseyn Abdullayevlə qoşa çəkilməsini belə arzu etmədiyini bildirib». Amma mənbəmizə görə, yaranmış situasiya ARDNŞ şefinin rəqibləri üçün göydəndüşmə fürsət kimi əhəmiyyətli olub. Hətta bu olaydan yararlanan rəqibləri Rövnəq Abdullayevi də hakimiyyətə qarşı sabiqlərin yaratdığı koalisiyaya dəstək verənlər sırasında olduğunu iddia ediblər. Yəni ARDNŞ şefi keçmiş müdirinin güdazına gedə bilər. Geri qayıt |