Əsas Səhifə > Gündəm, Manşet > İRANDAN XƏZƏR DƏNİZİNƏ İDDİA

İRANDAN XƏZƏR DƏNİZİNƏ İDDİA


9-01-2012, 10:20
İRANDAN XƏZƏR DƏNİZİNƏ İDDİA

ÇÖKÜŞ ƏRƏFƏSINI YAŞAYAN MOLLA REJİMİ NƏ İSTƏDİYİNİN FƏRQİNDƏ DEYİL

DİA.AZ: - İran yenə də Aərbaycana hədələrini davam etdirir. Dünənə qədər ayrı-ayrı dövlət adamlarının, ayətullahlarının dili ilə Azərbaycan dövlətini təhdid edən fars-molla rejimi son günlər rəsmi Bakını tarixi Türkmənçay müqaviləsini poza biləcəyi ilə təhdid edir. Əslində, çar Rusiyası ilə o zamankı Səfəvi hakimiyyəti arasında əldə olunmuş bu müqavilənin pozulmasının hələ kimə baha başa gələcəyini dəqiq söyləmək mümkün deyil. Çünki məhz bu müqavilə ilə Azərbaycan ikiyə bölünüb və bu müqavilənin pozulması illərdir Azərbaycan türkünün arzusudur. Çünki bizlər bir millət olaraq ərazi və milli bütünlüyümüzün qarşısında məhz bu müqaviləni baryer kimi qəbul edirik.

Təbii ki, müstəqil Azərbaycanı öz ərazisi kimi qəbul edən İrandakı molla hakimiyyəti «Türkmənçay müqaviləsini ləğv edəcəyik» dediyi zaman tamam fərqli mövqedə dayanır. Yəni onlar bunu Azərbaycana ərazi iddiası kimi qəbul edirlər.

Son günlər isə rəsmi Tehran Azərbaycana qarşı daha bir ərazi iddiası səsləndirib. Bu dəfə Təbriz Azad Universitetinin professoru Doktor Müvəssəqinin dili ilə fikirlərini satdıran iranlı mollalar Azərbaycanın, eləcə də Türkmənistanla Qazaxıstanın da Xəzər sularındakı payına iddia edirlər. «Xəzər dənizi 1982-ci il Konvensiyasına tabe olmayıb və onun şəraiti İran və Rusiya arasındakı müqavilələrə tabedir» deyən molla rejiminin xüsusi xidmət orqanları tərəfindən yayılan təbliğat materialında aşağıdakılar bildirilir: «''Xəzər Dənizinin Hüquqi Rejimi'' elmi iclası çərşənbə günü sübh saat 9:30-da Təbriz Azad İslam Universitetinin Hüquq və Siyasi Elmlər kollecində keçirildi. İclasın başlanğıcında Aran Mədəniyyət və Araşdırmalar İnsitutunun müdiri Həsən Qulu və doktor Cəmşidi Rad iclasın keçirilmə səbəbləri barədə açıqlama verdilər və İranın 50 faiz payını bu iclasın ən mühüm hədəfi olduğunu bildirdilər.

İclasın davamında Təbriz Azad Universitetinin professoru Müvəssəqi Xəzər dənizininin tarixi barədəki məqaləsini iclasa təqdim etməklə yanaşı, bu dənizə xas olan məlumatları açıqladı.

Doktor Müvəssəqi vurğuladı: İranın Xəzər dənizi sahilində uzunluğu 640 km-dir. Xəzər dənizi 1982-ci il Konvensiyasına tabe olmayıb və onun şəraiti İran və Rusiya arasındakı müqavilələrə tabedir.Hazırda o okean səviyyəsində təqribən 28 metr aşağıdır.

Doktor Müvəssəqi 1921-ci ildə bağlanan müqaviləyə əsasən dənizdə İranın hərbi gəmilərin üzə bilməsinə işarə edərək dedi: "Dünyanın ilk ən böyük gölü Mazandaran gölüdür və onu dəniz adlandırırlar. Bu göl öz yüksəkliyinə görə ikinci yerdə dayanır və gölün sahəsi dünyadakı bütün göllərin ümumi sahəsinin 44%-nə bərabərdir. Onun dərinliyi şimaldan cənuba tərəf artır və neft ehtiyatlarına görə dünyada üçüncü yerdə durur".

Doktor Müvəssəqi çıxışıının davamında Cenevrə Konvensiyasına əsasən, İranın Xəzər dənizində payının 50 faiz olmasını da vurğuladı.

Beynəlxalq ümumi və konvensiya hüquqları əsasənda bağlanmış beynəlxalq nümunələrə görə 2-3 sahil dövləti arasındakı göl və ya bağlı dəniz statusları sahil dövlətləri arasında iki tərəfli və ya üçtərəfli müavilələr vasitəsilə təyin olunur. Ən ümdə və tanınmış prinsip sahilyanı dövlətlərin prinsiplər əsasında razılığa gəlmələridir. Misal olaraq Fransa və İsveçrə arasında yerləşən Cenevrə gölünü göstərmək olar. 1816-cı ildə bağlanmış müqavilə əsasında bölünmüş və idarə olunur. Həmçinin müxtəlif beynəlxalq müqavilələr əsasında bölünmüş ABŞ və Kanada arasında yerləşən 5 gölünü, 1920-ci ildə SSRİ və Finlandiya arasında idarə olunan Laduka gölünü götürmək olar.

Beynəlxalq hüquq alimlərinin əksəriyyəti bu barədə yekdildirlər və beynəlxalq hüquqda bu nəzər birliyi doktrina adlanır».

Hər halda, bu məlumatla İranın nə istədiyini təxmin etmək asandır.

Geri qayıt