Əsas Səhifə > Sosial, Manşet > BİLƏSUVAR GÖMRÜK İDARƏSİNDƏ ŞOK ÖZBAŞINALIQ

BİLƏSUVAR GÖMRÜK İDARƏSİNDƏ ŞOK ÖZBAŞINALIQ


16-08-2013, 12:44
BİLƏSUVAR GÖMRÜK İDARƏSİNDƏ ŞOK ÖZBAŞINALIQ
"POQONLARIMDAN KEÇƏRƏM SƏNİ ELƏ VURARAM CIRIQ - CIRIQ OLARSAN"

Biləsuvar Sərhəd keçid Gömrük məntəqəsində özbaşınalıq tüğyan edir. Bu Gömrük Məntəqəsində SS kimi fəliyyət göstərən yəni Seyid Samirin tapşırıqları icra olunur. Prezidentə şikayət ərizəsi ilə müraciət edən Zülfüqarov Təyyar Mahmud oğlu İran İslam Respublikasindan tibbi müainədən qayıdan qardaşının ailəsi ilə birlikdə 200 manat rüşvət verə bilmədiyinə görə, Biləsuvar Sərhəd keçid Gömrük məntəqəsində qanunsuz olaraq 4 saatdan artıq saxlanılıb, onlar haqqında həbs qətimkan tədbiri görəcəkləri ilə hədələmələrindən bəhs edir.

Bir surəti də DİA.AZ-a daxil olan həmin şikayət ərizəsini olduğu kimi oxucuların diqqətinə çatdırırıq;

Azərbaycan Respublikasının Prezidenti Möhtərəm İ.H. Əliyev cənablarına

surəti: Azəraycan Respublikasının Milli Təhlükəsizlik Naziri cənab Eldar Mahmudova

surəti: Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova

surəti: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri cənab Aydın Əliyevə

10 avqust 2013 cü il tarixində Azərbaycandan sərhəddi keçməklə İran İslam Respublikasına tibbi müainədən keçmək üçün getmiş bu gün 15 avqust 2013 cü ildə mənim qardaşım, ailə zvləri ilə yəni həyat yoldaşə, qızı xəstə olan nəvəsi və digər qardaşım oğlu ilə birlikdə İran İslam Respublikasindan tibbi müainədən qayıdarkən onlar Biləsuvar Sərhəd keçid Gömrük məntəqəsində qanunsuz olaraq 4 saatdan artıq yəni saat 20 - 00 kimi saxlanılmış və heç bir səbəb göstərilmədən şəxsi minik avtomobilində evinə istifadə etmək üçün gətirdikləri metlak ( yerə döşəmək üçün) 30 kv. m əllərindən zorla alınmış, az yaşlı xəstə uşağın təbii tələbatının yerinə yetirlməsinə belə icazə verməmişdirlər. İlham adlı gömrük işçisi Baş Leytinat rütbəsində olan Gömrük işçisi onlardan 200 manat pul tələb etmişdir. Lakin xarici dövlətdən həkim müayinəsindən qayıtdıqları üçün onların İlhama 200 manat verə bilməyəcəklərini eşitdikdən sonra digər standarta uyğun olmayan bir Gömrük işçisi avtomobilin yenidən yoxlanılmasını digər Gömrük işçisinin isə poqonlarımdan keçərəm səni vuraram cırıq - cırıq olarsan deməklə hədələməsi göstərir ki, bu şəxslər pul üçün insanları döyməkdən belə çəkinmirlər. Mülki formada olan digər bir şəxsin qadaşıma hədə - qorxu gələrək onlar haqqında həbs qətimkan tədbiri görəcəyini deməsi göstərir ki, bu mülki geyimli şəxs yəqin ki , " Gömrük Komitəsinin məhkəmə hakimi olan qoçusudur " bu şəxslər mənim qardaşımı onun ailə üzvlərini təhqir etməkdən belə çəkinməmişdirlər. Mən qardaşımın mənə zəng vurmasından sonra bir nəfər yaxın yoldaşla evdən götürdüyüm 220 manat pulla Biləsuvar Sərhəd keçid məntəqəsinə getdim, saat 19- 30 dəqiqədə Sərhədçilər bildirdi ki, burda gözləyin indi bütün şəxslər Gömrük Məntəqəsini tərk edəcəklər, bu zaman mənim qardaşımın ailə üzvləri yük ilə birlikdə piyadə olaraq gəldilər mənə bildirdilər ki, qardaşını pulu olmadığı üçün saxlayıblar. Bu pul dövlət rüsumu yox şəxsi tələb olmuşdur. Yəni 200 manat tələb edən müfəttişlə görüşmək istədim, Bu müfəttiş Gömrük sistemində işləməyə uyğun boy - buxunu hətta çəkisi belə düz gəlməyən baş leytint idarə etdiyi avtomobildən düşən kimi mənə dedi ki, maşında qadın var bir az aralıda söhbət edək.

Mən onun sözlərini ondan soruşaraq bildirdim ki, sənin maşınında olan qadındı? Bəs mənim qardaşımın maşında olan ana, qadın və körpə azyaşlı xəstə uşaq kimdir? bu sözdən sonra müfəttiş mənə dedi ki, bu iş mənlik deyildir, mən əmrə tabeyəm. Görəsən bu standarta uyğun olmayan çəkisi 45 kq olan müfəttiş kimə tabedir? Biləsuvar Gömrük Məntəqəsinin işçiləri saat 20 - 30 da işdən çıxarkən hər iki nəfər bir yuksək səviyyəli, bahalı , qiyməti bilinməyən xarici istehsal olan maşınlarla çıxdılar və Sərhəd məntəqəsində dedilər ki, hara , kimə istəsən şikayət edə bilərsən Biz heç kəsdən qorxmuruq. Bu barədə Sərhədçilərdən heç bir narazılığım yoxdur. Əksinə olaraq sərhəd işçilərinə minnətdarlığımı bildirirəm Xüsusilə 0442 saylı nişan sahibi olan zabitə.

Bu Gömrük Məntəqəsində SS kimi fəliyyət göstərən yəni Seyid Samirin tapşırıqları icra olunur.

Seyid Samir kimdir?

Dəfələrlə 1990 cı illərdə Sərhəd pozucusu kimi saxlanımış, dəfələrlə İran azərbaycan sərhədd pozucusu kimi qeydə alınmış sonradan yaxın qohumu olan YAP - nın üzvlərini " Simasız quldurlar " adlandıran yaxın qohumu Siruz Təbrizlinin himayəsi ilə Gömrük Komitəsində ad - san sahibi olan Samir Hadı oğlu Kazımovdur. Samir Kazımov Dövlət qulluğunda işləməklə yanaşı Azərbaycan Respublikası Prezidentinin imzaladığı Fərman və sərəncamları kobud surətdə pozmaqla dolayısı yolla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsdir. Onun Cəlilada - Göytəpə yolunun yaxınlığında SS - oil yanacaq doldurma məntəqəsi, Cəlilabad şəhərinin Mərkəzi Parkında " Sarı " çayxanası və Apteki vardır, Cəlilabadın mərkəzində yuksək hazırlıqlı Şadlıq evi inşa etdirmişdir.

Bütün bunlar baxmayaraq SS- nın adından çıxış edən Gömrük işçiləri mənim qardaşımı və onun ailə üzvlərini qanunsuz olaraq 4 saatdan artıq müddətdə Gömrük məntəqəsində ac - susuz saxlamış hətta xəstə azyaşlı uşağın xəstəliyini nəzərə almadan incitmişdirlər. Bütün bunlara baxmayaraq onları iki dəfə gömrük keçidində təkrar olaraq yoxlamışdırlar. Bu Gömrük işçiləri onlarla alış - veriş edən insanları yaxşı tanıyır və kimin nə ilə məşğul olduğunu bildikləri halda mənim qaradşımı və onun ailə üzvlərini qanunlarımıza zıdd olaraq incitmiş hətta piyada olaraq iş vaxtı qurtarmqsına baxmayaraq yola salmışdırlar.

Mən özüm bu mənzərənin şahidi olduğum üçün Biləsuvar Gömrük keçid məntəqəsinin standarta uyğun olmayan işçisi və qanunlarımızı pozan müfəttişləri haqqında ciddi tədbir görülməsini sizdən xahiş edirəm . Unutmayın ki, bu insanlar namərd insanlardır...

İmza: Zülfüqarov Təyyar Mahmud oğlu

Geri qayıt