Əsas Səhifə > Dünya > KIBRIS LİDERİNİ DURUMU AĞIRDIR
KIBRIS LİDERİNİ DURUMU AĞIRDIR9-01-2012, 10:46 |
DENKTAŞIN SƏHHƏT PROBLEMLƏRİ CİDDİDİR Şimali Kipr Türkiyə Respublikasının (KKTC) sabiq və ilk prezidenti Rauf Denktaş ötən gecə xəstəxanaya çatdırılıb. Yerli vaxtla saat 23.50-də (Bakı vaxtıyla 01.50) Yaxın Doğu universitetinin (YDU) xəstəxanasına aparılan sabiq prezidentin bədənində su itkisi olduğu bildirilir. Hazırda müayinə prosesi getdiyini deyən YDU rəsmisi Əhməd Savaşan bundan dərhal sonra Denktaşın müalicəsinə başlanacağını bildirib. Savaşan həmçinin ətraflı məlumatın səhər veriləcəyini də qeyd edib. Xatırladaq ki, keçən il may ayının 24-də vəziyyəti pisləşərək xəstəxanaya aparılan Rauf Denktaşın beyninə qan sızmış və onun sol tərəfi iflic olmuşdu. Oktyabrın 29-da xəstəxanadan evə buraxılan Denktaş ilk dəfə dekabrın 15-də bayıra çıxmış və “Mənim barəmdə `ölür` deyirdilər, bayıra çıxdım” – demişdi (anspress). Geri qayıt |