Əsas Səhifə > Partiya > PROKUROR CƏZA İSTƏDİ

PROKUROR CƏZA İSTƏDİ


27-09-2011, 13:21
PROKUROR CƏZA İSTƏDİ

DİNDARLARA 4 OKTYABRDA HÖKM OXUNACAQ

Bu gün Nərimanov Rayon Məhkəməsində bu il mayın 6-da Təhsil Nazirliyinin binası qarşında keçirilən aksiya ilə bağlı saxlanılan Rövşən Məmmədov, Əlvan Hüseynov, Araz İsmayılov, Rüfət Nuriyev və Nurani Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Vəkil Anar Qasımovun APA-ya verdiyi xəbərə görə, prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərdən Araz İsmayılov, Rüfət Nuriyev və Nurani Məmmədovun 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror Rövşən Məmmədov və Əlvan Hüseynovun isə 3 il 6 ay müddətinə şərti olaraq azadlıqdan məhrum edilməsini və onların məhkəmə zalından azadlığa buraxılmasını istəyib.

Proses oktyabrın 4-də davam etdiriləcək.

Xatırladaq ki, mayın 6-da Təhsil Nazirliyinin binası qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd edən 65 nəfər saxlanılıb. Onlardan 5-i Cinayət Məcəlləsinin 221.2-ci və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. Saxlanılan şəxslərdən 38 nəfəri xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb, 22 nəfər barəsində isə toplanmış materiallar aidiyyəti üzrə rayon məhkəmələrinə göndərilib.


Geri qayıt