Əsas Səhifə > Dünya > İRAN-ABŞ SAVAŞI BAŞLAYA BİLƏR

İRAN-ABŞ SAVAŞI BAŞLAYA BİLƏR


9-01-2012, 10:49
İRAN-ABŞ SAVAŞI BAŞLAYA BİLƏR

MOLLA REJİMİ NİYYƏTİ İLƏ OKEANIN O TAYINDA QƏZƏB YARADIB

“İran Hörmüz boğazını yalnız qısa müddətə bağlaya bilər”.

APA-nın məlumatına görə, bunu ABŞ-ın Baş Qərargahlar Birləşmiş Komitəsinin rəisi, general Martin Dempsi bildirib. Onun sözlərinə görə, İranın Hörmüz boğazını uzun müddət bağlı saxlamağa gücü çatmaz: “İran belə bir addım atarsa, ABŞ dərhal Hörmüz boğazını açmaq üçün tədbirlərə əl atacaq”.

Bu arada İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) komandanlarından biri olan Əli Əşrəf Novruzi deyib ki, Hörmüz boğazının bağlanması hökumətin əsas strateji hədəflərindən biridir və zamanı gəldiyində boğaz bağlanacaq.


Geri qayıt