Əsas Səhifə > Güney Press, Üçüncü sektor > BƏLƏDİYYƏ SƏDRİ İDARƏ MÜDİRİNDƏN CAVAB GÖZLƏYİR
BƏLƏDİYYƏ SƏDRİ İDARƏ MÜDİRİNDƏN CAVAB GÖZLƏYİR19-08-2013, 10:39 |
Salyanın Kürqaraqaşlı inzibati ərazi vahidliyində illərdən qalan sosial problemlərin həll olunmaması ilə bağlı hər an ara qarışa bilər. Artıq bir dəfə xəbərdarlıq məqsədilə ciddi etiraz tədbiri keçirilib, məsləhət olmadığından aksiya ictimailəşdirilməyib. Problemləri həll etməyə cavabdeh olan şəxslər isə işə məsuliyyətsiz yanaşır, tutduqları vəzifəyə sadəcə gəlir mənbəyi kimi baxırlar. Yalnız yuxarı instasnsiyaların gözünə yaxşı görünməyə çalışır, əlinə düşəni “yuxarı” ötürür ki, ona dəyib-dolaşan olmasın.Əhalini saya salan, onun problemiylə maraqlanan isə hələ ki yoxdur. Baş verənlərdən bezən yerli əhali hər il aldandığını görərək, artıq bu il hərəkətə keçmək qərarına gəlib və nəticədə bələdiyyə sədirinə vaxt verib . Sədrdə bundan narahat olaraq məcburiyyətdən işə başlayıb Qaz problemini həll etmək məqsədilə Kürqaraqaşlı bələdiyyəsi adından Qaz İstisimarı İdarəsinin müdiri Xəyyam Rzayevə ünvanlanan məktubda, verilən vəd yerinə yetirilməməsindən əhalinin narazı qalmağı, sosial partlayışın qarşısını almaq üçün təcili tədbir görməyin, heç olmasa ictimaiyyətə səhih məlumat verməyin gərəkliliyi yer alıb. Məktubu olduğu kimi təqdim edirik : Hörmətli Xəyyam müəllim! Məlumat üçün bildirirəm ki, rəhbərlik etdiyim bələdiyyə ərazisində yerləşən Kürqaraqaşlı, Beşdəli, Xocalı, Cəngən və Ərəbqardaşbəyli kəndlərində 1219 təsərrüfat subyekti var, ümumilikdə bu 5 kənddə 6 minə yaxın adam yaşayır. Bu kəndlərin sakinləri təbii yanacaq növü olan qazdan son dəfə 1988-ci ildə istifadə ediblər. Əgər xatırlayırsınızsa ötən il Salyan Rayon İcra Hakimiyyəti başçısı cənab Tahir Kərimovun ərazidə kənd sakinləri ilə keçirdiyi görüşdə bu problem qaldırılmışdı. Həmin görüşdə Siz söz vermişdiniz ki, bu ilin iyul ayının sonuna qədər heç olmasa beş kənndən birində- rayona bitişik Küraqraqaşlı qəsəbəsinə qaz xəttinin çəkilişi başa çatacaq. Təəssüf ki, belə olmadı. Yay mövsümünün bitməsinə az vaxt qalıb, sakinlərdə hava soyuyanadək bu işin başa çatacağına artıq inamsızlıq yaranıb. Buna görə də onlar məsələ ilə bağlı Prezidentə müraciət etmək istəyirlər. Bu məqsədlə imza toplanılmasına başlanılıb. Hörmətli Xəyyam müəllim! Sizdən xahiş edirk ki, Kürqaraqaşlı bələdiyəsinə daxil olan, yuxarıda adlarını qeyd etdiyim kəndlərin qazlaşdırılması ilə bağlı tədbirlər planınız barədə rəsmi qaydada cavab verin ki, biz də sakinlərə səhih məlumat verə bilək. infom.az Geri qayıt |