Əsas Səhifə > Güney Press, Üçüncü sektor > AĞLAR GÜNƏ QALAN MASALLI TƏHSİLİ

AĞLAR GÜNƏ QALAN MASALLI TƏHSİLİ


19-08-2013, 10:41
AĞLAR GÜNƏ QALAN MASALLI TƏHSİLİ
Masallı rayon təhsil şöbəsinin müdiri Astan İbişov ştat alveri ilə məşğul olur

Bu barədə PİA.AZ-a ünvanllanan müraciətdə bildirilir ki, Masallı rayon təhsil şöbəsinin müdiri texniki ştatları 1500-2000 manata satır.

Məlumata əsasən Astan İbişov Masallı məktəblərində texniki ştatlar alır və və bu yerlərə işə aldığı hər bir şəxsdən 1500-2000 manat rüşvət alır. Mənbə bildirir ki, Masallı rayon maliyyə şöbəsinin müdiri Azər Zeynalovla bacanaq olan Astan İbişov yeni ştatlar almaqda heç də çətinlik çəkmir. Buna görə də Masallı təhsil şöbəsinin müdiri özünə yeni bazar açıb. Bildirilir ki, Azər Zeynalov hazırda keçirdiyi qəza səbəi ilə işə çıxa bilməsə də, bacanağına yeni ştatların verilməsini təmin edir və ikili açdıqları bazardan heç də pis qazanmır.

Məlumatda göstərilir ki, Masallının demək olar ki, bütün məktəblərində texniki ştatlar süni şəkildə artırılıb və bunun nəticəsində dövlət büdcəsinə kifayət qədər ziyan vurulur. Lakin bacanaqlar təkcə ştat alveri ilə məşğul olmurlar. Təkcə bu il sənədlərdə Masallı məktəbləri üçün yarım milyon manatlıq bərk inventar «satın» alınsa da, bu inventarlar məktəblərə gəlib çıxmayıb. Həmin pulları Azər Abdullayevlə Astan ibişov şərikli mənimsədikləri iddia olunur.

Mənbə bildirir ki, sübuta axtaranlar gəlib məktəblərə baxa bilərlər. Şagirdlər hələ də sınıq salxaq partalarda otururlar. Müəllim otaqlarındakı bək və yumşaq mebeller sovet dönəmindən qalıb. Amma sənədlərə görə 100 min manatdan artıq dövlət vəsaiti Masallı məktəblərinə yumşaq mebel alınmağa sərf edilib. Bu yumşaq mebeller ancaq sənədlər üzərində alınıb və dövlət vəsaitinin hara sərf olunducunu sadəcə Masallı rayon maliyyə şöbəsinin müdiri Azər Zeynalovla onun bacanağı Masallı rayon Təhsil Şöbəsinin müdiri Astan İbişov bilir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

Geri qayıt