Əsas Səhifə > Sosial, Manşet > FARS-MOLLA REJİMİ MÜXALİFƏTDƏN ƏLİNİ ÇƏKDİ

FARS-MOLLA REJİMİ MÜXALİFƏTDƏN ƏLİNİ ÇƏKDİ


19-08-2013, 11:28
FARS-MOLLA REJİMİ MÜXALİFƏTDƏN ƏLİNİ ÇƏKDİ
MİLLİ ŞURANIN YÖN DƏYİŞDİRMƏSİ TEHRANIN SİYASƏTİNƏ DƏ TƏSİR ETDİ

DİA.AZ: - Putinin Bakıya gəlişi Milli Şuranın üzərindəki rus əlini necə çəkdisə, regionda Kremlin əsas ortağı kimi tanınan fars-molla rejiminin də siyasətini dəyişdirməyə vadar edib. DİA.AZ bildirir ki, hətta Milli Şuranın dünənki mitinqində İranın Azərbaycandakı əsas dayağı kimi qəbul edilən Azərbaycan İslam Partiyasının iştirak etməməsi də Tehrandan verilən təlimatın təzahürü kimi qəbul olunur. Siqnalın isə Moskvadan verildiyi heç şübhəsizdir.

Onu da bildirək ki, İran mətbutaı azərbaycanlı dindarların dünənki aksiyada iştirak etməməsini Milli Şuranın Qərbə meyillənməsi ilə izah edir. Yəni fakt odur ki, üzərində Kremlin əli olan Milli Şura İrana doğma idisə, Kremlin imtina etdiyi birliyə mollaların dəstəyi ola bilməz.

Fars-molla rejiminin «Səhər TV»nin saytında yazılan məqalədə deyilir: “Bir neçə islamçı şəxsiyyətin Milli Şura üzvlüyündən çıxması, bu qurumun təşkil etdiyi mitinqin izdihamlılığının azalmasına səbəb olub. Milli Şuranın Bakıda dünən təşkil etdiyi icazəli mitinqin zəif keçməsinin səbəbi məhz islamçıların aksiyaya qoşulmamasıdır.

Daha çox isə İslam Partiyasının məhbus sədri Möhsün Səmədov, eləcə də Hacı Abgül Süleymanovun Milli Şuranın üzvlüyündən çıxması bu qurum işlərinə böyük maneə törədib.

İctimai Palatanın təşkil etdiyi ötən mitinqlərdə islamçılar daha fəal iştirak etdiklərindən, həmin aksiyalar mütəşəkkil və təsirli olurdu. Ancaq dünənki mitinqdə bu görünmürdü: «Əlbəttə, Milli Şuranın son mitinqində yenə də bəzi islamçı şəxsiyyətlər, o cümlədən, Nardaran Ağsaqqallar Şurasının sədri məşədi Natiq Kərimovun iştirakı diqqəti cəlb edirdi. Bu isə Milli Şuraya aid baxışların müxtəlif olduğunu göstərir. Ancaq qurumun Qərbə meyil etməsi onun imicini zədələdi».

Geri qayıt