Əsas Səhifə > Dünya > HİNDİSTANDA QATARLAR BİR-BİRİLƏRİNƏ GİRİB

HİNDİSTANDA QATARLAR BİR-BİRİLƏRİNƏ GİRİB


19-08-2013, 11:37
HİNDİSTANDA QATARLAR BİR-BİRİLƏRİNƏ GİRİB
Hindistanın Bihar ştatında, Dhamara Qhat stansiyasından Şaharsa istiqamətində hərəkət edən sərnişin qatarının qarşı tərəfdən gələn qatarla toqquşması nəticəsində 15 nəfər ölüb, bir neçə nəfər də yaralanıb.

ANS PRESS-in BBC-yə istinadən verilən məlumata görə, qəzadan sonra sərnişinlər qatarın sürücüsünü və bələdçisini döyərək girov götürüblər.

Hindistan mətbuatı xilasetmə əməliyyatları hələ də davam etdiyini bildirir.

Qeyd edək ki, Hindistanda dəmir yollarının bərbad olması sonda bədbəxt hadisələrlə nəticələnir. Son 5 il ərzində bu ölkədə 1220-dən çox insan qatar qəzasının qurbanı olub. Gün ərzində isə Hindistanda 18 milyon insan dəmiryol nəqliyyatından istifadə edir.

Geri qayıt