Əsas Səhifə > Partiya > MİLLİ ŞURA DİLEMMA QARŞISINDA QALIB
MİLLİ ŞURA DİLEMMA QARŞISINDA QALIB19-08-2013, 12:05 |
Bu gün Milli Şuranın növbəti sessiyası keçirləcək. Avropa.info-nun əldə etdiyi məlumata görə, sessiyada Milli Şuranın vahid namizəd məsələsi müzakirə olunacaq. Qeyd edək ki, Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxmaması onun sənədlərinin MSK-ya təqdim olunması ilə bağlı problemlər yaradıb. Bu baxımdan sessiya seçkilərdə hansı qaydada iştirak etməklə bağlı məsələni müzakirə edib, konkret qərar verməlidir. Milli Şuranın yeni namizəd müəyyənləşdirilməsi ilə əlaqədar bu qurumda üzv olan partiyalar arasında fikir ayrılığı yaranıb. Milli Şuraya üzv olan AXCP yeni namizədin müəyyən edilməsinə tərəfdardır, digər partiyalardan isə seçkilərə bir neçə namizədlə qatılıb, sonda ən şanslı namizdəi Milli Şuranın vahid namizədi kimi dəstəkləmək təklifi var. Milli Şurada təmsil olunan KXCP və ACP lideri Rəsul Quliyev isə Rüstəm İbrahimbəyovun sonadək dəstəklənməsində israrlıdır. Beləliklə, Milli Şuranın bugünkü sessiyasında gərgin müzakirələr və fikir ayrılıqlarının olacağı istisna deyil. Təfərrüatlar saat 15.00-da başyacaq sessiyadan sonra məlum olacaq. Müsavat Partiyasının qərargahında keçiriləcək sessiya qapalı keçiriləcək. Axşam saat 18:00-da jurnalistlər üçün sessiyanın yekunları ilə bağlı brifinq olacaq. Geri qayıt |