Əsas Səhifə > Şou-biznes > "ŞƏXSİ HƏYATIMLA MARAQLANANLAR..."
"ŞƏXSİ HƏYATIMLA MARAQLANANLAR..."9-01-2012, 10:59 |
MÜĞƏNNİ-PRODÜSER MÜNASIBƏTLƏRİ MÜZAKİRƏ PREDMETİDİR Yolları mübahisə zəminində ayrılan bəzi şou-biznes nümayəndələrinin bir-birilərinin sirrini ətraflı şəkildə geniş ictimaiyyətlə paylaşması rezonans yaradır. Bu səbəb üzündən prodüserlə işləməkdən imtina edənlər olur. Bunlardan biri gənc müğənni İlahə İbadovadır. Müğənninin yaradıcılığı üçün ayırdığı vaxtı məhdud olsa da, prodüser yardımına ehtiyac duymur. Milli.Az-a danışan sənətçi belə deyir: "Bir çox prodüserlərdən iş təklifi alıram. Bu məsələyə ehtiyatla yanaşıram, çünki uzun zamandır apardığım müşahidələr göstərir ki, iş birliyinin bitməsi ilə tərəflər arasında böyük qalmaqal yaşanır. Mən sülh adamı olduğum üçun barəmdə doğru və yalan söhbətlərin yayılmasını istəmirəm". Müğənni onu da deyir ki, prodüserlə işləməyinə mane olan elə bir sirri yoxdur: "Şəxsi həyatımla maraqlananlar müsahibələrimlə, yəqin, tanışdırlar. Yəni gizli bir işim yoxdur. Yenə də bu işə ehtiyatla yanaşıram. Bu prizmadan yanaşsaq, yəqin ki, mövqeyim hələ uzun zaman dəyişməyəcək". Müğənninin prodüser fəaliyyəti ilə bağlı öz fikirləri var. "Mən prodüseri yanımda toylara, tədbirlərə gedən biri kimi görmək istəmirəm. Əgər sanballı, böyük layihənin həllini düşünən biri olarsa, onda deyərəm ki, mənim də prodüserim var", - deyə sənətçi bildirdi. Geri qayıt |