Əsas Səhifə > Cəmiyyət > MÜƏLLİMLƏR İNSTİTUTU SAXTA DİPLOM PAYLAYIR
MÜƏLLİMLƏR İNSTİTUTU SAXTA DİPLOM PAYLAYIR20-08-2013, 13:37 |
Gəncədə Müəllimlər İnstitutu saxta diplomlar verir . SalamNews-un bölgə müxbirinin xəbərinə görə, Kəlbəcər rayon sakini, 48 yaşlı Rasim Abbasov ali təhsil haqqında diplom alacağına kömək adı ilə Nərimanov rayon Keşlə qəsəbəsində yaşayan Yevlax rayon sakini İlqar Süleymanovdan 1600 manat alaraq onun qızı Gülnarın adına Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialına məxsus saxta diplom verib. Faktla əlaqədar cinayət işi başlanılıb. Əməkdaşlarımız məsələnin mahiyyətini araşdırmaq üçün filialın direktoru Ramiz Məmmədova müraciət ediblər. Direktor, ünvanına açılan araşdırma məzmunlu zəngə görə müxbirlərimizi qərəzli münasibətdə suçlamaqdan belə çəkinməyib və deyib: "Elə eləməyin ki, 300 nəfərlik kollektivi qaldırım üstünüzə." Uzun söhbətdən sonra direktor bildirib ki, "gedərsiniz tədris işləri üzrə müavinin yanına, sualınıza o cavab verər". Müraciət etdiyimiz Tədris məsələləri üzrə direktor müavini Sədaqət Adıgözəlova da bunun onun səlahiyyətində olmadığını söyləyərək məsələyə münasibət bildirməyib. Müavin, hətta onların adından çoxlu sayda saxta arayışların verildiyini də dilə gətirib. Şəhər ictimaiyyəti arasında aparılan sorğulardan isə belə məlum olub ki, Təhsil Nazirliyinin (TN) bu məsələ ilə bağlı keçirdiyi reydlər nəticəsində xeyli fakt aşkarlanıb. Gəncənin bir çox məktəblərində, o cümlədən 40 saylı tam orta məktəbdə bir neçə saxta diplom ortaya çıxıb. Həmin məktəbdə aşkarlanan diplomlardan biri məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Həsəncanova Lalə Müzəffər qızına məxsus olub. Bildirək ki, L.Həsəncanova baza təhsilini 2005-ci ildə Gəncə Müəllimlər İnstitutunda İbtidai sinfin metodikası fakültəsində qiyafi formada alıb. O, sonradan 40 saylı orta məktəbə işdən ayrılmadan yenidən hazırlanma kursu keçməsi haqqında diplom təqdim edərək Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deməyə başlayıb. Bildirək ki, təkrar hazırlıq kursları əyani təhsil formasındadır. 2005-ci ildə isə, yəni L.Həsəncanovanın baza təhsilini bitirdiyi il artıq Gəncə Müəllimlər İnstitutunda bu kurslar dayandırılmışdı. Elə bu səbəbdən, yəni L.Həsəncanovanın təkrar hazırlıq diplomu saxta hesab olunduğundan o, işdən azad olunub. Araşdırma nəticəsində, həmçinin o da məlum olub ki, Lalə Müzəffər qızı Həsəncanovanın təkrar hazırlıq diplomunun seriya və nömrəsi Gəncə Müəllimlər İnstitutu tərəfindən Kərimova Nərmiyə Şəmil qızına verilmiş diplomun seriya və nömrəsi ilə üst-üstə düşür (Seriya YB, ¹ 002959). 2011-ci ilin dekabr ayının 2-də Gəncə şəhər 16 saylı tam orta məktəbin sabiq müəllimi Vüsalə Cahangir qızı Cabbarova işdən azad olunaraq ixtisara düşüb. Səbəb kimi isə ibtidai sinif müəllimi olduğu halda, informatika fənnini tədris etməsi göstərilib və Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında 2006-cı ildə riyaziyyat-informatikadan təkrar hazırlıq kursu keçməsi haqqında aldığı diplom saxta çıxıb. (Seriya YB, ¹ 001420). Qısa müddətli araşdırmalardan sonra 21 nəfərə diplomun məhz saxta yollarla verilməsi aydınlaşıb. Bu cür hallar institutun Qazax filialında daha kütləvi hal alıb. Geri qayıt |