Əsas Səhifə > Sosial, Manşet > İCRA BAŞÇILARININ ƏLEYHİNƏ İŞLƏYƏN İLGİNC TƏLİMAT
İCRA BAŞÇILARININ ƏLEYHİNƏ İŞLƏYƏN İLGİNC TƏLİMAT21-08-2013, 11:29 |
YERLƏRDƏ SAHİBKARLARI NARAZI SALAN PULYIĞMA KAMPANİYASINA STOP! DİA.AZ: - Prenzident seçkiləri ərəfəsində icra başçılarının şıdırğı pulyığma kampaniyasına girişmələri barədə yerli mətbuatda kifayət qədər faktlar açıqlanıb. Bildirək ki, total xarakter olan bu hal əslində işbaz məmurların yeni qazanc əldəetmə üsulundan başqa bir şey deyil. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki qaynaqlardan ötürülən informasiyadan anlaşılır. Redaksiyamızı bilgiləndirən mötəbər mənbə iddia edir ki, əslində yerli icra başçılarına nə Prezident Administrasiyasından və nə də ki, hansısa üst dövlət qurumundan seçki prosesinin maliyyələşdirilməsi üçün total pulyığma kampaniyasına başlamaları barədə göstəriş verilməyib: «Sadəcə olaraq seçkilərə qədər bir sıra hazırlıqların yerli qaynaqlar hesabına maliyyələşdirilməsi təlimatı verilib. Bu isə heç də o demək deyil ki, «yerli qaynaq» rolunda sahibkarlar çıxış etməlidir». Bildirək ki, bu gün bir neçə rayonun sahibkarları artıq prezidentə müraciət edərək icra başçılarının qanunsuz pul tələb etmələrindən şikayətçi düşüblər. Məlumatlı mənbə isə DİA.AZ-a bildirir ki, sözügedən faktlar üzərə araşdırmalara başlanılıb: «Məlumdur ki, bu seçki ili olduqca həssasdır. Hətta hazırki hakimiyyətin 2003-cü ildəki kövrək mövqeləri belə builki seçkilər ərəfəsi ilə müqayisədə kifayət qədər möhkəm təəssüratı bağışlayır. Belə bir məqamda isə hansısa icra başçısının özünün maddi maraqları naminə özbaşınalığı ümumiqtidar maraqları baxımından heç də sərfəli deyil». Mənbə iddia edir ki, artıq bütün rayon icra hakimiyyətlərinə tapşırıqi verilib: «Tapşırığa görə, kimsədən pul yığılmamalıdır. Bu isə o deməkdir ki, seçki prosesi elə başçıların öz hesabına maliyyələləşəcək». Mənbəmiz bir maraqlı faktı da açıqladı: «Narazılıq yaradan icra başçılarının isə cəzalanacağı şübhəsizdir». Geri qayıt |