Əsas Səhifə > Şou-biznes > "GƏLİB GÖRƏCƏKSİNİZ Kİ, XUMAR ÖLÜB"
"GƏLİB GÖRƏCƏKSİNİZ Kİ, XUMAR ÖLÜB"21-08-2013, 11:34 |
"MƏNİ O İNSANLARLA BİR OTAĞA SALIN"... Müğənni Xumar Qədimova sənətdən uzaq qalmağının səbəblərini açıqlayıb. Axşam.az-ın məlumatına görə, sənətçi “ATV Maqazin” dərgisinə müsahibəsində sənət adamlarının ona uyğun insanlar olmadığından şikayətlənib: “Bu aləmdən niyə kənara çəkildiyimi bilirsiz? Burada yalan, xəyanət, ikiüzlülük tüğyan eləyir. Bunları görmək mənim üçün çətindir. Məni o mühitin insanları ilə bir otağa salın, gəlib görəcəksiniz ki, Xumar ölüb. O demək deyil ki, mən zəifəm, yox. Hər barədə onların hamısından güclüyəm. Onlar məni ruhən öldürərlər. Çünki onlar tam mənim əksim olan insanlardır, qəti mənim dünyamdan deyillər. Mən də öz yolumu tapmışam, çəkilmişəm kənara: sənətimlə, işimlə məşğulam. Allah hamısının canını sağ eləsin, mən o mühitə girə bilmərəm”. Xumar Qədimova dünyaya uşaq gətirməsi ilə bağlı suala isə belə cavab verib: “Sevmədiyim insandan dünyaya övlad gətirmərəm. Məni sevənlər həmişə var. Əsas mənim sevməyimdir”. Geri qayıt |