Əsas Səhifə > Sosial, Manşet > İQTİDAR İÇİNDƏ DƏNGƏLƏR FƏRQLİ FORMADA DƏYİŞİB
İQTİDAR İÇİNDƏ DƏNGƏLƏR FƏRQLİ FORMADA DƏYİŞİB22-08-2013, 11:55 |
BUNA GÖRƏ NƏZƏRDƏ TUTULAN KAKDR İSLAHATLARI ƏKS İSTİQAMƏTƏ YÖN ALIB DİA.AZ: - Hakimiyyətin yeni kadr islahatları tədarükündə olması barədə qabaqcadan məlumat vermişdik. DİA.AZ-a bu barədə informasiya verən bilgili qaynaqların sözlərindən belə aydın olur ki, yaxın günlərdə dəyişikliklərin start düyməsi basıla bilər. Buna səbəbsə rəsmi Bakının bir çox problemlərini geridə qoyması və zəruri dəyişikliklərin gündəmdə aktuallıq qazanmasıdır. Söhbət nədən gedir? Mənbəmizin iddialarına görə, konkret olaraq Rusiyadan gələn basqılar rəsmi Bakını öz heyətində belə istədiyi mənzərəni formalaşdıra bilməsi üçün ciddi maneə rolunu oynayırdı: «Amma indi artıq Moskva ilə anlaşma var. Putin Bakıya boş gəlib, boş getmədi. Yəni bu gəliş həm də xeyir-dua idi. Lakin fərqli inkişaf axarı da müşahidə olunur». Mənbə bildirir ki, Putinlə anlaşmaya varılması iqtidar daxilindəki Rusiyayanlı qüvvələrin mövqelərinin güclənməsinə gətirib çıxarıb: «Halbuki bir neçə ay əvvəl onlar bir nömrəli hədəf kimi diqqətə gəlirdilər. İndi isə onlar hədəfə alan tərəfə çevriliblər ki, bu da gözlənilən dəyişikliklərdə onların maraqlarının təmin olunacağı anlamına gəlir». Mənbəmiz onu da əlavə edib ki, dəyişiklik zərurəti isə hakimiyyətdəki ikitirəliyin aradan qaldırılması üçün vacib şərtdir: «Bu şəkildə heç bir zaman seçkiyə getməyə hazırki iqtidar komandası bütün seçki ərəfələrində anoloji tədarükləri ilə diqqətə gəlib. İndi də dəyişiklik olacaq. Amma əks-nütblərin marağının ziddinə»… Geri qayıt |