Əsas Səhifə > Şou-biznes > NADİR YENƏ DƏ MEYDAN SULAYIR
NADİR YENƏ DƏ MEYDAN SULAYIR22-08-2013, 12:06 |
Müğənni Nadir Qafarzadə həmkarlarını onun paxıllığını çəkməkdə günahlandırıb. Axşam.az-ın məlumatına görə, “Xəzər” telekanalında yayımlanan “Bizim gün” verilişinə qonaq olan sənətçi çox müğənninin ondan “Maral” mahnısını istədiyini deyib: “Bu gün “Maral” mahnısı dillərdən düşmür. Türkiyədə olanda dostlarım deyirdi ki, Nadir, sən elə qal burada istirahət elə, onsuz da Azərbaycanda gündəmdəsən. Bu mahnı elə səs doğurdu ki, nəinki müğənnilər, xalq artistləri də bundan danışdı. Paxıllığımı çəkənlər də çox oldu. Bu insanlar paxıllığın, qısqanclığın içinə giriblər. Mən neyləyim ki, mahnı 3 milyon baxış toplayıb, günə 12 min izləyici yığır? Gedin, siz də bu cür iş ortaya qoyun. Dəfələrlə sənətçilər mənə zəng vurub, toyda oxumaq üçün “Maral”ın orijinal variantını istəyiblər. Demişəm, gedin studiyadan götürün. Mən paxıl deyiləm”. Geyim tərzindən danışan Nadir stilinin bəziləri tərəfindən qəbul edilməməsindən şikayətlənib: “Hər zaman fərqli geyinməyi xoşlamışam. Pulsuz vaxtımda belə mən paltarlarıma xüsusi önəm verirdim. Rusiya və başqa dövlətlərin şou-biznesinə baxsaq görərik ki, daha qabarıq geyinirlər. Bizdə isə başlayırlar: bunun köynəyinə, şalvarın formasına bax... Amma bunlara önəm vermirəm, geyimimə diqqət edirəm". Geri qayıt |