Əsas Səhifə > Güney Press, Üçüncü sektor > KƏRƏM HƏSƏNOVA QARŞI ŞOK RÜŞVƏT İTTİHAMI
KƏRƏM HƏSƏNOVA QARŞI ŞOK RÜŞVƏT İTTİHAMI22-08-2013, 12:17 |
KOMİTƏ SƏDRİNİ KİM HƏDƏFƏ GƏTİRİR? Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bərdə Ərazi İdarəsində biabırçı hadisələr yaşanır. Belə ki, idarədə Dövlət Əmlakının İdarəedilməsi üzrə Komitənin rəhbəri Kərəm Həsənovun xüsusi göndərdiyi adam insanlarla kobud davranmaqla yanaşı, onları təhqir etməkdən də çəkinmir. Aldığımız məlumata görə, idarədə heç bir ştat üzrə işləməyən, məhz Kərəm Həsənov tərəfindən göndərilmiş İmran adlı şəxs öz bildiyi kimi idarəni idarə edir. Onun funksiyası yalnız pulları yığaraq, onu Bakıya birbaşa Kərəm Həsənova göndərməkdən ibarətdir. Məlumatlarda vurğulanır ki, DRX-nin bütün işçiləri üzərlərində ad və familiyaları olan vəsiqələr gəzdirdikləri halda, İmran adlı bu şəxsin kimliyini təsdiq edən heç bir məlumat mövcud deyil. Üstəlik, qapıdan içəri daxil olan və sənəd düzəltmək istəyənləri də özü qarşılayıb, bütün alverləri edərək həll etməyə çalışır. İnsanlarla həddindən ziyadə kobud və etik normalardan kənar davranan bu şəxs hamının yanında bəyan edir ki, onu bura Kərəm Həsənov göndərib və missiyası da pul yığaraq ona çatdırmaqdır. Hətta şahidlərin dediyinə görə İmran bir dəfə açıq-açığına deyib ki, əgər Bərdədəki pulları yığıb Kərəm Həsənova göndərməsə, onu da işdən çıxararlar. Məsələ ilə bağlı araşdırmamız davam edir. Geri qayıt |