Əsas Səhifə > Partiya > SABİR RÜSTƏMXANLI İRANI İTTİHAM ETDİ

SABİR RÜSTƏMXANLI İRANI İTTİHAM ETDİ


22-08-2013, 12:46
SABİR RÜSTƏMXANLI İRANI İTTİHAM ETDİ
Bu gün VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı İranın Azərbaycana nota təqdim etməsi ilə bağlı mətbuat konfransı keçirib.

“Qafqazinfo” xəbər verir ki, millət vəkili İranın Azərbaycan hökumətinə DAK fəaliyyəti ilə bağlı xüsusi nota göndərdiyini deyib. O bildirib ki, Azərbaycanda pişik asqıranda İran nota göndərir:

“Notaya səbəb DAK-ın Azərbaycann bütövlüyü ilə bağlı mövqeyi və Vətənimizin güneyində milyonlarla soydaşımızın milli və insan hüquqlarının pozulması sərt münasibəti olub. Əvvəl buna bənzər notalar XİN-dən gəlirdi. XİN də deyirdi ki DAK qeyri hökumət təşkilatıdır. Onlar fikirlərini ifadə etməkdə azaddırlar. Bu nota çox müəəmmalı şəkildə gəlib. Biz ötən ay İranda seçkilərdən sonra vəziyyət və DAK-ın fəaliyyəti ilə bağlı dəyirmi masa keçirmişik. Yeni seçkinin xalqın taleyi ilə bağlı heç nə dəyişməyəcəyini qeyd etmişik. İran iqtidarını təhqir edən, dövlətləarası münasibətlərə, beynəlxalq hüquq çəçivəsində qadağan olan məsələlər haqqında bir söz deməmişik”.

Millət vəkili bildirib ki, bu nota son dərəcə yekəxanalıq əlamətidir: “Bu nota bu dəfə PA-ya göndərilib. Bundan sonra nota araşdırılması üçün DİN-ə göndərilib. DİN mənlə əlaqə saxlamaqdansa, kiçik işçilərlə əlaqə saxlayır. Bu o deməkdir ki, məqsəd odur ki , dəyirmi masada iştirak edən insanları dilləndirmək və bununla bağlı cinayət işi başlanmasını istəyirlər. Onlar DAK-ın fəaliyyəti dayandırılmasında maraqlıdırlar. Səfirliklər notadan xəbərsiz olduğunu deyir. Amma DİN deyir ki, belə bir nota var. Nota səfirin adı ilə göndərilib".

Geri qayıt