Əsas Səhifə > Partiya > TURAL ABBASLININ CƏZA MÜDDƏTİ BAŞA ÇATDI

TURAL ABBASLININ CƏZA MÜDDƏTİ BAŞA ÇATDI


22-08-2013, 12:47
TURAL ABBASLININ CƏZA MÜDDƏTİ BAŞA ÇATDI
Avqustun 22-də Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı azadlığa çıxıb. Məlumatı “Media forum” saytına onun qardaşı Toğrul Abbaslı verib.

Tural Abbaslı bu ilin yanvarında Bakıda keçirilən aksiyada iştirakına görə 600 manat cərimələnmiş, cəriməni ödəmədiyi üçün məhkəmə onun islah işləri ilə məşğul olmasına qərar vermiş, avqustun 7-də isə Nəsimi Rayon Məhkəməsi onu bu qərarı icra etməməkdə təqsirli bilərək 15 sutka müddətinə həbs etmişdi.

Geri qayıt