Əsas Səhifə > Güney Press, Araşdırma > İRAN AZƏRBAYCANDA YENİ CASUS ŞƏBƏKƏSİ QURUR?
İRAN AZƏRBAYCANDA YENİ CASUS ŞƏBƏKƏSİ QURUR?22-08-2013, 12:59 |
HƏR HALDA YENİ ARZUNUN ARXASINDA BU MƏQAM DAYANIR DİA.AZ: - "İran Azərbaycanla müştərək ticarət palatasının yaradılmasının tərəfdarıdır." Bildirək ki, bunu bu gün keçirilən Mətbuat konfransında Ərdəbil Ticarət Palatasının sədri Hüseyn Pirmozəyi bildirib. Onun sözlərinə görə, hazırda Ticarət Palatasında bir neçə ölkə, həmçinin Avropa ölkələri ilə bağlı bölmələr var: “Lakin Azərbaycanla birgə ticarət palatası yoxdur. Mən azərbaycanlı rəsmiləri və jurnalistləri də İrana dəvət edəcəm. Ümidvaram ki, siz İranın istehsal potensialı ilə tanış olacaqsınız. İranda tətbiq olunan sistem Avropa sisteminin tələbatlarına cavab verir. Azərbaycanın İranın ən yaxın qonşusu olmasını, İranda qiymətlərin ucuz olmasını nəzərə alsaq, bu, hər iki tərəf üçün faydalı olacaq." Palata sədri ölkəsinin də bir vaxtlar problem yaşadığını gizlətməyib:"İranda biznesmenlərin gömrük məsələsi ilə bağlı problem yarandı. Bizim Azərbaycana səfərimizin məqsədi də iki ölkənin birgə Ticarət Palatasını yaratmaqdır. Ümid edirəm ki, keçiriləcək görüşlərdən sonra bu plan baş tutacaq və iki ölkə arasında iqtisadi əlaqələr daha da inkişaf edəcək." DİA.AZ isə bildirir ki, əslində Azərbaycanda 20 ilə yaxın müddət ərzində İran-Azərbaycan Ticarət Mərkəzi adlı bir qurum fəaliyyət göstərib və bu quruma bir zamanlar fəaliyyətdə olan Sosial Ədalət Partiyası adlı təşkilatın rəhbəri olan Mətləb Mütəllimli rəhbərlik edirdi. Hətta metronun «Elmlər Akademiyası» stansiyasının binasında ofisi belə var idi. Bununla bağlı DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, əslində həmin qurumun fəaliyyətinin dayandırılması rəsmi Bakının istəyilə baş tutub. Belə ki, sözügedən təşkilat da İrana aid Azərbaycandakı digər xeyriyyə fondları, cəmiyyətlər kimi daha çox kəşfiyyat yuvası kimi fəaliyyət göstərirdi ki, bu da rəsmi Bakını heç cürə qane edə bilməzdi. Geri qayıt |