Əsas Səhifə > Dünya > "İRAN BİZİ ANLAMAYIB, HƏLƏ DƏ ANLAMIR"

"İRAN BİZİ ANLAMAYIB, HƏLƏ DƏ ANLAMIR"


23-08-2013, 11:06
"İRAN BİZİ ANLAMAYIB, HƏLƏ DƏ ANLAMIR"
"İran bizi anlamayıb, hələ də anlamır."

SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan “Ülke TV” televiziya kanalında yayımlanan proqramda açıqlayıb.

İrana tətbiq olunan embarqo məsələsində bu ölkəni dəstəklədiklərini vurğulayan Ərdoğan deyib: "İran bizi anlamayıb, hələ də anlamır. Hüms qırğınında rəhmətlik Xomeyni aylarla Hafiz Əsədlə görüşmədi. Səbəbi isə qətliyam idi. Lakin hazırkı baxış eyni baxış deyil. Mənim üçün şiə-sünni söhbəti yoxdur. İranlı dostlarıma "İslam var" demişəm. Bizi bağlayan ən möhkəm bağ inancımızdır, İslamdır."

- See more at: http://salamnews.org/az/news/read/89727/erdogan-iran-bizi-anlamayib-hele-de-anlamirnbsp/#sthash.9Kw8oWyc.dpuf

Geri qayıt