Əsas Səhifə > Sosial, Manşet > ARTUR RƏSİZADƏ YENİDƏN ƏMƏLİYYATA GİRİR
ARTUR RƏSİZADƏ YENİDƏN ƏMƏLİYYATA GİRİR23-08-2013, 14:38 |
BAŞ NAZİRİN GÖZÜNDƏKİ PROBLEMLƏR ŞİDDƏTLƏNİB: HƏKİMLƏR RƏY VERİB DİA.AZ: - Baş nazir Artur Rəsizadə yenidən əməliyyat oluna bilər. Bu məlumatı DİA.AZ-a ötürən mənbə iddia edir ki, davamlı şəkildə gözündəki problemlərdən əziyyət çəkən Artur Rəsizadə buna qədər 2 dəfə gözündən əməliyyyat olunub. Bu dəfə baş nazirin yeni əməliyyata ehtiyacı yaranıb. Mənbənin söylədikləri: «Artur Rəsizadə ilə bağlı həkimlər heç də ürəkaçan diaqnoz qoymurlar. Hətta onun gözlərinin tutulması təhlükəsi belə mövcuddur. Davamlı şəkildə Almaniyada müalicə alıb. İndi isə ona İsrail həkimləri diaqnoz qoyublar və elə Tel-Əvivdəki klinikaların birində əməliyyatın həyata keçirilməsi nəzərdə tutulub». Biz də redaksiya olaraq baş nazirə Allahdan şəfa diləyirik. Geri qayıt |