Əsas Səhifə > Partiya > CƏMİL HƏSƏNLİ SEÇİMİNƏ REAKSİYA

CƏMİL HƏSƏNLİ SEÇİMİNƏ REAKSİYA


24-08-2013, 12:14
CƏMİL HƏSƏNLİ SEÇİMİNƏ REAKSİYA
Milli Şurada böhran çoxdan yaranıb və bu böhrandan çıxmaq üçün ağıllı bir yol seçmək əvəzinə ən ağılsız yolu seçdilər. Cəmil Həsənli variantı Milli Şuranın daha ciddi böhranıdır. Bunu şənbə günü Trend-ə müxalif Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

S.Cəlaloğlu deyib ki, Cəmil Həsənlinin heç bir kriteriyası prezidentliyə namizəd üçün yetərli deyil: "O yaxşı alimdir, ziyalıdır, amma nə natiqdir, nə xalqa ünvanlanan siyasi platforması var. Namizədin özünün də müəyyən ideyası, proqramı olmalıdır. Əslində bu, Milli Şuranın iflasıdır. Milli Şura Müsavat Partiyası qədər nailiyyət əldə edə bilməz. Çünki Müsavat Partiyası tək seçkilərə gedəndə öz gücünü, kapitalını qoyur və "Müsavat" öz partiyasının namizədinə verdiyi dəstəyin onda birini digər namizədə verməyəcək. AXCP Rüstəm İbrahimbəyova dəstək verə bilər, bu da elə bir nəticə verməyəcək. Bütün hallarda Milli Şura uduzmuş bir mövqedə olacaq".

ADP sədrinin sözlərinə görə, sonuncu mitinq də göstərdi ki, Rüstəm İbrahimbəyovun Azərbaycana qayıtması məsələsi düyünə düşdüyünə görə mitinqə gözləniləndən 10 dəfə az adam qatıldı, Milli Şura lazim olan dəstəyi əldə edə bilmədi: "Həmin mitinqdən sonra Milli Şura buraxılmalı idi və yaxud da seçkilərdə iştirak edən bir qurum kimi kənara qoyulmalı idi. Hər kəs öz namizədi ilə seçkilərə qatılmalı idi. Orada iki elə namizəd yoxdur ki, bir-birinə güzəştə getsin".

Geri qayıt