Əsas Səhifə > Dünya > AMERİKA SURİYAYA ƏL QOYUR

AMERİKA SURİYAYA ƏL QOYUR


24-08-2013, 12:21
AMERİKA SURİYAYA ƏL QOYUR
ABŞ Prezidenti Barak Obamanın Suriya münaqişəsinə hərbi müdaxilə əleyhinə bəyanatlarına baxmayaraq, Pentaqon Suriya hökumət ordularına dənizdən raket hücumu etmək üçün "ilkin hazırlıqlar" görür.

SalamNews-un Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, bu gün general Martin Dempsi sözügedən hücum planını Ağ Evə təqdim etməlidir.

ABŞ müdafiə naziri Çak Heyqel bu barədə bildirib ki, Amerika donanmasının gəmiləri Suriya sahillərinə yollanır: "Əgər Obama hərbi müdaxilə vasitəsilə Suriya müxalifətini dəstəkləmək qərarına gələrsə, hər hansı addım atılacaq. Müdafiə Nazirliyi prezidentin istənilən ssenari üzrə azad fəaliyyət göstərməsi üçün məsuliyyət daşıyır, bu isə ölkə başçısının qəbul edəcəyi qərardan asılı olaraq, bizim güc və ehtiyatlarımızın düzgün tərtib olunmasını tələb edir. Qərar ikinci kimyəvi hücum edilənə qədər qəbul olunmalıdır."

Bundan bir qədər əvvəl Pentaqon başçısı jurnalistlərə bildirib ki, ABŞ hərbi dəniz qüvvələri (HDQ) Suriyada gərginliyin artması ilə əlaqədar Aralıq dənizindəki əməliyyatlarda iştirakını genişləndirir.

Ç.Heygelin sözlərinə görə, növbətçi müddəti başa çatan "Mahan" ekstra mina gəmisi plan üzrə Norfolkdakı (Virciniya ştatı) bazaya qayıtmalı idi. Lakin Altıncı donanma komandanlığı onu regionda saxlamaq qərarına gəlib. Hazırda dörd Amerika hərbi gəmisi orada növbə çəkəcək.

Bildirək ki, hökumət ordusunun Dəməşq sakinlərinə qarşı, guya, kimyəvi silahdan istifadə etməsi barədə videoyazı meydana gəldikdən sonra Barak Obama təsir altındadır. Üsyançılar internetdə kimyəvi hücumlara məruz qalmış çoxsaylı qurbanların, o cümlədən qadın və uşaqların əks olunduğu bir neçə videoyazı yerləşdiriblər.

Yaraqlıların bəyanatına əsasən, kimyəvi silahın tətbiqi nəticəsində insanlar eyni anda və heç bir fiziki xəsarət almadan həlak olublar.

Qeyd edək ki, həmin videoçəkilişlərin tarixi sual altındadır. Kadrlarda tarix kimi 20 avqust qeyd olunub. Bu isə videoyazıların daha əvvəl - ehtimal olunan hücuma qədər çəkilmiş olmasına dair şübhə yaradır. Bundan başqa, qadın və uşaqların hücum zamanı nə üçün bir yerə toplaşdıqları da aydın deyil. Ekspertlərin fikrincə, BMT-nin bu mövzuda araşdırma aparmağa başladığı bir vaxtda Suriya hökumətinin kimyəvi silahdan istifadə etmək qərarına gəlməsi həqiqətə uyğun görünmür.


Geri qayıt