Əsas Səhifə > Sosial, Manşet > BAKIDA «TORPAQ MAFİYASI»NIN ŞOK GİZLİNLƏRİ

BAKIDA «TORPAQ MAFİYASI»NIN ŞOK GİZLİNLƏRİ


26-08-2013, 11:34
BAKIDA «TORPAQ MAFİYASI»NIN ŞOK GİZLİNLƏRİ
HEYƏTƏ AİD OLANLAR MİLYONLARI QAZANSA DA, DİNCLİKLƏRİ DƏ YOXDUR

DİA.AZ: - Redaksiyamıza Bakının bir neçə mərkəzi rayonunda hökmranlıq edən «torpaq mafiyası» ilə bağlı ilginc informasiyalar daxil olub. Bildirək ki, əldə etdiyimiz bilgilər üzrə DİA.AZ tərəfindən araşdırma aparılır və bir neçə rayonun icra hakimiyyətinin yetkili şəxslərinin, həmçinin bir sıra dövlət qurumlarının vəzifəlilərinin də daxil olduğu bu qruplaşmanın əslində dövlətə ciddi ziyan vurması barədə də faktları diqqətinizə təqdim edəcəyik.

Hələliksə bir sıra məqamları diqqətinizə təqdim edirik. Məlumatlı mənbələrdən sızan informasiyaya görə, bu gün konkret olaraq Bakı şəhərində bəlli bir şəbəkə torpaq sahələri və bu sahələrdə həyata keçirilən inşaat işləri istiqamətindəki hökmranlıqları hesabına bir il ərzində ən azından 200 milyon manata yaxın vəsaiti əldə edirlər.

Mənbənin söylədikləri: «Hələlik bu pullar paylaşılır, amma böyük bir hissə zaman-zakman qurban verilən məmurların hesabına bir əldə cəmləşir».

Mənbəmiz iddia edir ki, hətta bu mafiyanın üzvlərinin özlərinin belə rahatlıqları yoxdur: «Ən azından ona görə ki, istənilən bir ajiotaj zamanı kimlərsə qurban verilməlidir. Və qurbanlığın kim olacağını əvvəldən müəyyən etmək çətin olduğundan şəbəkəyə daxil olan bütün məmurlar pul qazanmalarının müqabilində keçirdikləri həyəcana görə, həm də xəstəliklər də qazanırlar».

«Bu işdən pensiyaya çıxma yoxdur» deyən mənbəmiz təhlükəli pullar hesabına özlərinə varidat quranlarla bağlı ilginc faktları, onların kimlikləri barədə dəqiq bilgiləri də redaksiyamıza çatdırıblar ki, həmin materiallarla yaxın günlərdə tanış olacaqsınız. Bu səs-küylü olayı qaçırmayın, bizi izləyin…

Geri qayıt