Əsas Səhifə > Partiya > "RÜSTƏM İBRAHİMBƏYOV ƏVVƏLCƏDƏN BİLİRDİ Kİ"...
"RÜSTƏM İBRAHİMBƏYOV ƏVVƏLCƏDƏN BİLİRDİ Kİ"...26-08-2013, 11:57 |
Bir müddət öncə AXCP sədrinin müşavirliyindən istefa verən, hazırda Ukraynada yaşayan Fəhmin Hacıyev Hafta.az-a açıqlamasında Milli Şuraya üzv olmaq istəyinin hansı mərhələdə olduğu barədə sualı cavablandırıb. F.Hacıyev müşavirlikdən imtina edəndən bir gün sonra Milli Şuraya üzv olmaq üçün müraciət etdiyini bildirdi. Anlaşılan üzvlük istəyi qəbul edilmədiyindən sabiq müşavir hazırkı durumda bunu vacib hesab etmir: “Bu gündəlikdə Milli Şuranın üzvü olmaq önəmli deyil. Əsas məsələ seçkilərdə iştirak edib qələbə qazanmaqdı”. Fəhmin Hacıyevin sonrakı açıqlamasından aydın olan məsələ budur ki, Milli Şura elan olunmazdan öncə Rüstəm İbrahimbəyov müəyyən problemləri olacağını bilirdi və həmin vaxt Cəmil Həsənli alternativ namizəd kimi saxlanılırdı. Əgər bu açıqlama doğrudursa, deməli, Cəmil Həsənlinin namizəd seçilməsinə qədərki proseslər oyun imiş: “Cəmil Həsəlinin namizəd olması çox gözəl hadisədir. Bununla sübut olundu ki, bizim üçün namizəd müəyyən etmək problemi yoxdur. Diqqətinizə çatdırmaq istəyirəm ki, hələ Milli Şura yaranmamışdan qabaq Moskvada Rüstəm İbrahimbəyovla görüşüm zamanı o, israrla Cəmil Həsənlinin namizədliyini müdafiə edirdi. Nəticədə belə anlaşıldı ki, əgər onun namizədliyi alınmasa, Cəmil bəyin namizədliyi irəli sürüləcək. Bildiyimə görə, Azərbaycandakı siyasi prosesləri izləyən dövlətlərin təmsilçiləri də bu variantı qəbul edir”. Geri qayıt |