Əsas Səhifə > Güney Press, Üçüncü sektor > BALIQ LEŞİ ALVERİ EDƏN HANSI MƏMURDUR?
BALIQ LEŞİ ALVERİ EDƏN HANSI MƏMURDUR?26-08-2013, 13:27 |
Bir neçə gün öncə Braziliyada yüz minlərlə balığın qırılması Azərbaycanlı işbaz məmurlara düşərli olub. Bu barədə 30gun.az-a daxil olan məlumatlarda bildirilir ki, ölü balıqların Azərbaycana idaxlı üçün artıq azərbaycanlı işbaz məmurlar Braziliyanın yerli biznesmenləri ilə danışıqlar aparırlar: "Çox güman ki, bu danışıqlar baş tutduqdan sonra 10 minlərlə ton ölmüş balığın Azərbaycana idaxalı reallaşacaq. Bu isə Azərbaycan vətəndaşları üçün həddən artıq təhlükli ola bilər" - deyə mənbə bildirib. Qeyd edək ki, ötən həftə Rio de-Jeneyroda 2016 Yay Olimpiya Oyunları üçün tikintinin yaxınlığında olan gölün üzərində yüz minlərlə ölmüş balıq çıxıb. İlkin olaraq hesab olunur ki, kütləvi ölümə səbəb suya axıdılan tullantı materialları olub. Braziliyalılar isə bu cür ekoloji fəlakətlərə adət ediblər. Sənaye müəssisələri tez-tez zərərli maddələrin məhvi qaydalarını pozaraq, onları çaya, gölə, okeana axıdırlar. Braziliya ekoloqları hökumətdən təcili tədbir görməsini istəyir. Çünki ölü balıq eyni anda ticarət, turizm və kənd təsərrüfatı sənayelərinə mənfi təsir edir. Həmin yerlərə bir neçə ay heç kəs gəlmir, nəticədə ticarət dayanır və əhali bekar qalır. Balıqçılar da əziyyət çəkirlər. Çünki, ölü balıqlarla heç nə edə bilmirlər, ərazidə tutulan yeni balıqları isə yerli əhali almadığı üçün balıqçılar ölü balıqlarla barəbar yeni tutulan balıqları başqa ölkələrə satırlar. Geri qayıt |