Əsas Səhifə > Dünya > TÜRKİYƏ ƏSƏD REJİMİNƏ QARŞI...

TÜRKİYƏ ƏSƏD REJİMİNƏ QARŞI...


26-08-2013, 14:01
TÜRKİYƏ ƏSƏD REJİMİNƏ QARŞI...
Türkiyə Suriyaya qarşı qurulacaq koalisiyaya qatılmağa hazırdır. SalamNews-un “İhlas” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin Xarici işlər naziri Əhməd Davudoğlu bəyan edib.

O, deyib: “Suriyada kimyəvi silahla hücumdan sonra bütün dünya ayağa qalxıb. Suriya, Birləşmiş Millətlər Təşkilatı (BMT) heyətinin bölgədə araşdırma aparmasına daha yeni icazə verdi. Türkiyə olaraq bu araşdırmanın nəticəsinə baxacayıq. Bu araşdırmadan sonra, BMT Təhlükəsizlik Şurasının bir qərar qəbul etməsi lazımdır. Biz hər zaman BMT-nin qərarlarına uyğun hərəkət etməyə üstünlük veririk. Əgər BMT Təhlükəsizlik Şurasından belə bir qərar çıxmazsa, o zaman digər variantlar müzakirə ediləcək. İndidən 36-37 ölkə bu variantları müzakirə edir. Əgər bu müddət ərzində Suriyaya qarşı bir koalisya yaradılsa, Türkiyə də bu koalisiyada yer alacaq”, deyə o bildirib.

Geri qayıt