Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ŞƏHİD AİLƏSİ PREZİDENTƏ MÜRACİƏT ETDİ
ŞƏHİD AİLƏSİ PREZİDENTƏ MÜRACİƏT ETDİ27-08-2013, 10:05 |
DİA.AZ: - Bərdə rayon sakini, şəhid qızı Rzayeva Nübar Xudaverdi qızı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, anasının şəkər diabetli xəstə olmasını nəzərə alıb, onu Tərtər rayonundan anasının yaşadığı Bərdə rayonuna dəyişdirilməsinə görə DİA.AZ-ın elektron poçtuna ünvanladığı müraciəti diqqətinizə çatdırırıq: “Mən əslən Bərdə rayonundan olsam da, imtahan verərək Tərtər rayonunun Söylən kəndinə ingilis dili müəlliməsi kimi təyinat almışam.Anamın yataq xəstəsi olmasından çox narahatam, ona görə də məni ixtisasım üzrə Bərdə rayonuna və ətraf kəndlərdən birinə dəyişdirilməyimin təmin edilməsini nəzərə almağınızı xahiş edirəm.Anam şəkərli diabet və yataq xəstəsidir, rica edirəm, xahişimi nəzərə alasınız. Sizin humanistliyinizə inanıram”. Geri qayıt |