Əsas Səhifə > Sosial, Manşet > NAZİR QARDAŞI “DƏMİRBANK”I MÜFLİSLƏŞDİRİR

NAZİR QARDAŞI “DƏMİRBANK”I MÜFLİSLƏŞDİRİR


27-08-2013, 10:32
NAZİR QARDAŞI “DƏMİRBANK”I MÜFLİSLƏŞDİRİR
ƏLİKRAM CAMALOVUN GÖTÜRDÜYÜ 4 MİLYONA YAXIN KREDİTİN QALMAQALI

DİA.AZ: - "Dəmirbank" Şirvan şəhər icra hakimiyyəti başçısı Mərdan Camalovun qardaşı Əlikram Camalovu məhkəməyə verir. DİA.Az bildirir ki, Əlikram Camalovun bir qardaşı da Müdafiə Sənayesi Naziri postunu tutan Yavər Camalovdur.

Bu barədə bankın nümayəndəsi İlhamə Həsənova məlumat yayıb. Nümayəndə bildirib ki, başçının qardaşı Əlikram Camalov Salyan və Şirvan şəhərində "Hacı Camalxan" adlı Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) yaradıb və özü də həmin qurumun direktorudur. Əlikram Camalov "Hacı Camalxan" MMC-nin adına "Dəmirbank"dan 3 milyon 950 min manat kredit götürüb.

İlhamə Həsənovanın sözlərinə görə, Əlikram Camalov qeyd olunan krediti 26 may 2010-cu ildə götürüb: "Bu günə kimi Əlikram Camalov götürdüyü kreditə görə banka bir manat da olsun, ödəniş etməyib. Qardaşlarının vəzifədə olmasından istifadə edən Əlikram Camalov banka ödəniş etməkdən boyun qaçırır. Buna görə də iddia ərizəsi hazırlamışıq və bankın pulunu ödəməsi üçün məhkəməyə müraciət edəcəyik".

Hüquqşünas onu da əlavə edib ki, Əlikram Camalovun banka faizi ilə birlikdə borcu hesablanıb. Onun sözlərinə görə, faizi ilə birlikdə Əlikram Camalov "Dəmirbank"a 4 milyon 336 min manat borculudur.

Qeyd edək ki, Əlikram Camalov "Hacı Camalxan" MMC-ni kəndli-fermer təsərrüfatı kimi yaradıb. Bu qurum Şirvan şəhərində və Salyan rayonunda fəaliyyət göstərir.

Geri qayıt