Əsas Səhifə > Dünya > VƏZİFƏLİ ŞƏXSİ GÜLLƏBARAN ELƏDİLƏR

VƏZİFƏLİ ŞƏXSİ GÜLLƏBARAN ELƏDİLƏR


27-08-2013, 11:10
VƏZİFƏLİ ŞƏXSİ GÜLLƏBARAN ELƏDİLƏR
Rusiyada İnquşetiya Respublikası Təhlükəsizlik Şurasının katibi Əhməd Kotiyev avqustun 27-də öldürülüb. “Media forum” saytı xəbər verir ki, Kotiyevin avtomobili Malqobek-Hazran şosesində, Nijni Açaluki yaşayış məntəqəsində atəşə tutulub. Kotiyev aldığı güllə yaralarından yerindəcə keçinib, xəstəxanaya çatdırılan sürücüsü isə orada ölüb.

Hüquq mühafizə orqanları heç bir versiya irəli sürməsələr də, İnquşetiya rəhbəri Yunusbəy Yevkurov bildirib ki, Kotiyevin qətli quldur birləşmələrinin dinc həyata qaytarılması yönündə fəaliyyəti ilə əlaqədardır.

Kotiyev Təhlükəsizlik Şurasının katibi postunu 2011-ci ilin aprelindən tuturdu. 2007-2009-cu illərdə paytaxt Nazranın polis rəisi olub.

2012-ci ilin iyun ayında Kotiyevin Malqobekdəki evi qumbaraatandan atəşə tutulmuş, amma həmin hadisədə heç kim xəsarət almamışdı.

Geri qayıt